...

Xəzərin su bioloji resurslarının mühafizəsi üzrə Komissiyanın sessiyası keçirilir (FOTO)

Cəmiyyət Materials 21 Noyabr 2017 10:23 (UTC +04:00)
Xəzər dənizinin Su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyanın 1-ci Təsisedici Hökumətlərarası Sessiyası öz işinə başlayıb.
Xəzərin su bioloji resurslarının mühafizəsi üzrə Komissiyanın sessiyası keçirilir (FOTO)

Bakı. Trend:

Bu gün Xəzər dənizinin Su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyanın 1-ci Təsisedici Hökumətlərarası Sessiyası öz işinə başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanın nümayəndə heyəti ilə yanaşı, Xəzəryanı ölkələrin balıqçılıq sahəsi üzrə fəaliyyət göstərən dövlət qurumlarının nümayəndə heyətləri iştirak edirlər.

Sessiyanın gündəliyində yeni Komissiyanın təsisi ilə bağlı Prosedur Qaydaların qəbul edilməsi, Xəzəryanı ölkələr tərəfindən brakonyerliklə birgə mübarizə üzrə əməkdaşlıq protokolunun imzalanması, nərə balığı növlərinin kommersiya ovuna moratorium haqqında Sazişin hazırlanması və s. məsələlərin müzakirəyə qoyulması nəzərdə tutulub.

Sessiya noyabr 23-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti