...

Seysmoloji Xidmət Mərkəzi: Ağdamda evlərdəki çatlar zəlzələdən deyil, aprel döyüşləri nəticəsində əmələ gəlib - FOTOFAKT

Cəmiyyət Materials 24 Noyabr 2017 10:15
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) yanında Respublika Seysmoloji Xidmət Mərkəzinin noyabrın 15-də Ağdamda baş vermiş zəlzələnin nəticələrinə dair açıqlama yayıb.
Seysmoloji Xidmət Mərkəzi: Ağdamda evlərdəki çatlar zəlzələdən deyil, aprel döyüşləri nəticəsində əmələ gəlib - FOTOFAKT

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) yanında Respublika Seysmoloji Xidmət Mərkəzinin noyabrın 15-də Ağdamda baş vermiş zəlzələnin nəticələrinə dair açıqlama yayıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, 15.11.2017-ci il tarixində, yerli vaxtla saat 23:48:02-də Ağdam ərazisində baş vermiş zəlzələnin makroseysmik tədqiqatlarının aparılması məqsədilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) “Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Etibar Qaravəliyevin rəhbərliyi ilə episentral zonada və zəlzələnin hiss olunduğu ətraf rayonlarda tədqiqat işləri aparılıb.

Tədqiqat işləri zamanı müəyyən edilib ki, zəlzələ episentral zonada 6 bal intensivliyinə qədər hiss olunub (12 ballıq MSK-64 seysmik cədvəli üzrə).

Zəlzələnin episentri Ağdam rayonunun Quzanlı yaşayış məntəqəsindən 5 km şimali-qərbdə yerləşir. Zəlzələnin pleysoseyst zonasının ölçüləri 24x28 km, ocağının dərinliyi isə 25 km təşkil edir.

Zəlzələ inzibati baxımdan ən yüksək intensivliklə Ağdam, Bərdə və Tərtər rayonlarının bir sıra yaşayış məntəqələrində hiss olunub. Bunlar Quzanlı, Poladlı, Üçoğlan, Xındırıstan, Çəmənli, Hüsənli, Köçərli, Xanərəb, Qazyan, Qaynaq, Evoğlu, İlxıçılar, Xəsili, Kətəlparaq, Qaravəlli və Xanaqala kəndləridir.

Qeyd olunmuş ərazilərdə əhali tərəfindən yanlış məlumatlar verilməsinə baxmayaraq, əməkdaşlarımız tərəfindən onların evlərində əmələ gəlmiş çatların əvvəllər baş vermiş zəlzələlər və 2016-cı ilin aprel döyüşləri nəticəsində əmələ gəlməsi - zərər çəkməsi, yəni evlərində zəlzələdən əvvəl də zədələnmələrin olması, bu zəlzələnin isə həmin çatları bir qədər də böyütməsi, qəzalı evlərin isə bir qədər də acınacaqlı hal alması müəyyən olunub.

RSXM-nin zəlzələnin ən yüksək intensivliklə hiss olunduğu Ağdam və Bərdə seysmik stansiyalarında heç bir çat müşahidə olunmayıb.

Ağdam seysmik stansiyası

Sakinlərin iddia etdikləri yanılış zədələr

Sakinlərin iddia etdikləri yanlış zədələr

Sakinlərin iddia etdikləri yanlış zədələr

"Aprel döyüşləri" zamanı zərər çəkmiş evlər - mərmi qəlpələri

“Mişar daşı”ndan hörülmüş evlərdə müşahidə olunmuş həqiqi çatlar

“Mişar daşı”ndan hörülmüş evlərdə müşahidə olunmuş həqiqi çatlar

15.11.2017-ci il Ağdam zəlzələsinin pleystoseyst sahəsi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti