Nazir: İş üçün müraciət edənlər 46 faiz azalıb (FOTO)

Nazir: İş üçün müraciət edənlər 46 faiz azalıb (FOTO)

Bakı. Trend:

İşsizlikdən sığorta sisteminin tətbiqi nəticəsində gələn il özünüməşğulluq proqramına cari ildəkindən bir neçə dəfə çox sayda aztəminatlı ailənin cəlb edilməsi dövlət məşğulluq orqanlarının fəaliyyətinin böyük məsuliyyət və işgüzarlıq tələb edən yeni keyfiyyət mərhələsinə keçməsini şərtləndirəcək. Ona görə də bu orqanların fəaliyyətinin müasir və səmərəli əsaslar üzərində təkmilləşdirilməsi istiqamətində islahat tədbirlərinin sürətləndirilməsi vacib məsələlərdən biridir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin məşğulluq orqanları tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin nəticələrinə, bu tədbirlərin və özünüməşğulluq proqramının genişləndirilməsi, eləcə də işsizlikdən sığorta sisteminin tətbiqi ilə əlaqədar qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında diqqətə çatdırıb.

S.Müslümov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qeyri-neft sektorunun inkişafına yönələn islahatlar proqramının uğurlu nəticələri, dövlət investisiya layihələrinin icrası, yeni sənaye parklarının və zonalarının yaradılması, tranzit potensialının artırılması və inşaat sektorunun canlanması, xüsusilə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi əmək resurslarının səmərəli məşğulluq imkanlarının artmasına səbəb olub: “Bunlarla paralel olaraq, dövlət başçısının tapşırığı əsasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü çərçivəsində işəgötürənlərlə birgə aktiv məşğulluq tədbirləri cari ildə də davam etdirilib. Qeyd olunan pozitiv proseslər ölkəmizin əmək bazarında sabit vəziyyəti şərtləndirən müsbət meyillərin formalaşmasına şərait yaradıb. Bunu ifadə edən göstəricilərdən biri kimi, cari ilin 10 ayında məşğulluq orqanlarına iş üçün müraciət edənlərin sayında ötən ilin müvafiq dövrünə nisbətən 46 faiz azalma özünü göstərib”.

S.Müslümov qeyd edib ki, bu dövrdə məşğulluq orqanlarının xətti ilə 43 746 nəfər şəxsin məşğulluğu təmin olunub, 919 nəfər şəxs ödənişli ictimai işlərə, 76,8 min nəfər peşəyönümü tədbirlərinə cəlb olunub. Nazirlik yanında Dövlət Məşğulluq Xidməti və 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 3170 nəfər üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib.

Nazir bildirib ki, bu il məşğulluq orqanlarının fəaliyyətində yeni və mühüm bir istiqamət - aztəminatlı ailələrin özünüməşğulluğunun təmin edilməsi olub: “Cari ildə artıq 1232 aztəminatı ailəyə aktivlər verilməklə onların müxtəlif iqtisadi fəaliyyət növləri üzrə təsərrüfatlarını yaratmalarına, gəlirlərini artıraraq yoxsulluqdan sahibkarlığa çıxış imkanı əldə etmələrinə şərait yaradılıb. Cənab Prezidentin tapşırığına uyğun olaraq, gələn il proqrama bundan bir neçə dəfə çox sayda ailəni cəlb edəcəyik. “İşsizlikdən sığorta haqqında” Qanunun növbəti ilin əvvəlindən tətbiqinə başlanılacaq. Bunun nəticəsində İşsizlikdən Sığorta Fonduna 2018-ci ildə toplanması gözlənilən 89 mln. manat vəsaitin 35,8 mln. manatının və ya 40 faizinin özünüməşğulluq proqramına, 1 mln. 613 min manatının peşə hazırlığı və əlavə təhsilin, 1 mln. 788 min manatının haqqı ödənilən ictimai işlərin, 1 mln. 150 min manatının peşəyönümünə dair məsləhət xidmətlərinin, 120 min manatının isə əmək yarmarkaları və əmək birjalarının təşkil olunmasına yönəldilməsi nəzərdə tutulur. Göründüyü kimi, işsizlikdən sığorta vəsaitləri hesabına formalaşan vəsaitdən işsizliyə görə sığorta ödənişləri və s. üçün istifadə olunmaqla bərabər, eyni zamanda həmin vəsaitin mühüm bir hissəsi əhalinin məşğulluğunun dəstəklənməsinə sərf olunacaq. Beləliklə, aktiv məşğulluq tədbirlərinin miqyasının xeyli genişlənməsi, bu tədbirlərin əhatə edəcəyi vətəndaşların sayının dəfələrlə artması, ümumən ölkədə sosial müdafiə siyasətində məşğulluq amilinin rolunun gücləndirilməsi məşğulluğun təminatı sahəsində çalışan əməkdaşların da məsuliyyət və səylərinin artmasını, onların öz iş sahələrinə, tapşırılan vəzifələrin icrasına daha işgüzar və peşəkarlıqla yanaşmalarını tələb edir”.

S.Müslümov diqqətə çatdırıb ki, bu gün Dövlət Məşğulluq Xidmətində aparılan islahatların, Xidmətin fəaliyyətinin modernləşdirilməsi üçün müvafiq tvinninq layihəsi çərçivəsində nəzərdə tutulan tədbirlərin bir istiqaməti də məşğulluq orqanlarının kadr potensialının təkmilləşdirilməsinə, bu sahədə peşəkar və yüksək ixtisaslı işçi heyətinin formalaşmasına yönəlib: “Məşğulluq orqanlarının fəaliyyətinin müasir iş mexanizmləri əsasında qurulmaqla səmərəliliyinin və məşğulluq xidmətlərinin əhatə dairəsinin genişləndirilməsinin təmin olunması, beləliklə, onların əmək bazarında rolunun artırılması bizim üçün əsas hədəflərdəndir. Hazırda apardığımız islahatlar digər tərəfdən peşəyönümü sahəsində yeni xidmətlərin yaradılmasına, kvota sistemi ilə bərabər, əmək bazarına inteqrasiyada çətinlik çəkənlərə ünvanlanan yeni aktiv əmək bazarı proqramlarının hazırlanması və tətbiqinə yönəlib”. Son illərdə əmək və sosial müdafiə sahələrində müasir texnologiyalar əsasında avtomatlaşdırılmış sistemlərin qurulduğunu qeyd edən S.Müslümov hazırda məşğulluq xidmətlərinin, habelə işsizlik müavinəti sisteminin də elektron infrastrukturunun yaradılması, bu sahədə xidmətlərin elektron müstəvidə təqdim edilməsi üçün müvafiq işlərin aparıldığını bildirib.

Əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən edilməsi və kadr tələbatının proqnozlaşdırılmasının vacibliyini qeyd edən nazir bildirib ki, peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planında da bu tədbir əksini tapıb: Bununla əlaqədar əmək bazarının monitorinqi və proqnozlaşdırılması üzrə Milli Observatoriyanın, yəni əmək bazarının ardıcıl və əhatəli müşahidə sisteminin yaradılması nəzərdə tutulub. Digər tərəfdən, əmək ehtiyatları balansının tərtibinə dair avtomatlaşdırılmış kompleks məlumatlar sisteminin yaradılması zəruridir. Əmək bazarının vəziyyəti, əmək resurslarının balansı, işçi qüvvəsinin ərazi üzrə bölgüsü və digər vacib göstəricilər üzrə sistemləşdirilmiş hesabat və statistikanın formalaşdırılmasına imkan verəcək həmin sistemin qurulması ilə bağlı qaydaların layihəsi artıq hazırdır.

İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli aktiv məşğulluq tədbirlərinin təşkili sahəsində görülən işlər və əldə olunan nəticələr barədə məlumat verib. Bildirilib ki, cari ilin 10 ayında boş vaxtları ərzində müvəqqəti xarakterli işlərdə çalışıb əlavə qazanc əldə etmək istəyən şəxslərdən 2581 nəfəri Xidmətin Əmək birjaları tərəfindən mövsümi və müvəqqəti xarakterli işlərlə təmin edilib. Bu dövrdə respublika üzrə 76,8 min nəfər gənc peşəyönümü tədbirlərinə cəlb olunaraq, onlara əmək bazarının tələblərinə uyğun düzgün peşə və ixtisas seçimi etmələri üçün peşəyönümü məsləhətləri verilib. Cari ildə məzun və tələbələr üçün “Karyerada ilk addım” devizi altında 9 ali təhsil ocağında təşkil edilən aktiv məşğulluq tədbirlərində 519 müəssisə tərəfindən 2,6 min boş (vakant) iş yeri təqdim olunub. Eyni zamanda, dövlət məşğulluq siyasətinin icrasında işəgötürənlərlə əməkdaşlığın səmərəli təşkil olunması üçün aparılan işlər diqqətə çatdırılıb.

Daha sonra iclasda məşğulluq orqanlarının aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi, özünüməşğulluq proqramının icrası sahəsində fəaliyyəti və həmin proqramın genişləndirilməsi, əhaliyə göstərilən məşğulluq xidmətlərinin təkmilləşdirilməsi, bu sahədəki fəaliyyətdə səmərəliliyin artırılması üçün qarşıda duran vəzifələr geniş müzakirə olunub, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib. Aktiv məşğulluq tədbirlərinin təşkilində yol verilən nöqsan və çatışmazlıqlar da qeyd edilib, fəaliyyətini düzgün qura bilməyən, nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi qərara alınıb.

Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Loading Bars
Xəbər lenti
Azad olunmuş ərazilərdə yaşıllığı bərpa etmək üçün bu ilin əkin planı 2 dəfə artırılıb
Suqovuşanın elektrik enerjisi ilə təchizatı yekunlaşmaq üzrədir
Azad edilmiş kənd ərazilərində vahid şəhərsalma əsaslandırılmasında layihə tapşırığını bu qurum hazırlayacaq - QƏRAR
Azərbaycan təkcə işğalçı orduya deyil, ermənilərin dünyadakı havadarlarına da qalib gəlib - Əli Hüseynli (Videolayihə)
Aİ-nin Azərbaycandakı nümayəndəsi XİN-ə çağırıldı, etiraz bildirildi
10 noyabr bəyanatı regionda sülhün təmin olunmasında mühüm əhəmiyyətə malikdir - Matviyenko
“Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək (FOTO)
Aİ-nin dəstəyi ilə Şərq Tərəfdaşlığı ölkələrində 6 000 çay və göldə suyun keyfiyyəti yoxlanılıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 163 nəfər koronavirusa yoluxub, 32 nəfər vəfat edib
KOBİA leqal sahibkarlığı və rəsmi məşğulluğu təşviq edən yeni biznes təşəbbüslərini dəstəkləyir
Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 50 faizdən çox artıb
MDU və Kiyev Milli İqtisadiyyat Universiteti arasında əməkdaşlıq çərçivəsində növbəti mühazirə keçirilib (FOTO)
Ermənistanda siyasi qüvvələr Qarabağla bağlı sərsəm bəyanat səsləndirməklə xal qazanmaq istəyirlər - Politoloq
SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 19 apreldə köçürüləcək
Media nümayəndələri reabilitasiya müəssisəsində qazilərimizə göstərilən xidmətlərlə tanış edilib (FOTO)
Ermənistan Azərbaycanla münasibətlərin inkişafına ehtiyac duyur - Armen Sarkisyan
Sahibə Qafarova rusiyalı həmkarı ilə ikitərəfli əlaqələri müzakirə edib (FOTO)
Merkel "AstraZeneca" vaksini ilə peyvənd olunub
48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb olunduğu aşkar edilib
TV tarixində ilk: Xudafərinin yanından veriliş yayımlanıb (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıblar
Bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə təlim-metodiki toplantı keçirilib (FOTO)
Fermerlərin 92,06 faizinə subsidiya ödənilib
Azərbaycanla Moldova arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub (FOTO)
Prezident İlham Əliyev: Pirşağıda həmişə yaxşı şanı üzümü var idi – ağ şanı, qara şanı
Tərtər Regional qaz istismarı İdarəsinə yeni rəis təyin olundu
Aİ-nin xüsusi nümayəndəsinin David Babayanla görüşü separatizmin stimullaşdırılmasına xidmət edir
Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası təsis olunub (FOTO)
Belarus hər zaman Azərbaycana dost ölkə olub - Deputat
Azərbaycan Beynəlxalq Bankından süni intellekt sahəsində beynəlxalq konfransa dəstək
Aİ ötən il inkişaf məqsədilə ayırdığı rəsmi maliyyə yardımının həcmini 66,8 milyard avroya çatdırıb
Bağçalarda 2 milyonluq yeyinti iddiası barədə AÇIQLAMA
Mərdəkan, Buzovna və Maştağa qəsəbələri də Balaxanı kimi abadlaşacaq
Azərbaycanda 120 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb
Qarabağ separatçılarının "lideri" ifadəyə çağırıldı
Azərbaycanda məcburi əmək halları xeyli azalıb - Hesabat
Ötən il Azərbaycanda 94 nəfər insan alveri qurbanına çevrilib
Qubadlı rayonunun Məmər kəndi (FOTO/VİDEO)
5 kiloqrama yaxın narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb (FOTO)
654 nəfər Azərbaycandan deportasiya olunub
Abonentlərin elektrik təchizatına qoşulma prosesi süni intellektlə tənzimlənir - "Azərişıq"
Tərtərdə sıradan çıxmış yanğın su hovuzları bərpa edilir (FOTO)
BTC ilə nəql olunan neftin həcmi açıqlanıb
AQTİ-nin Milli Referens Laboratoriyası beynəlxalq laboratoriyalararası səriştəlilik sınağında yüksək nəticə əldə edib
DOST Agentliyi Müşahidə Şurasının iclası keçirilib
“Sonuncu” filmi Rotterdam Beynəlxalq Film Festivalında (FOTO)
Bakıda 17 evdən oğurluq edən dəstə üzvləri saxlanılıb (FOTO/VİDEO)
Azercell Tələbə Təqaüdü və Təcrübə Proqramının iştirakçıları uğurlarını bölüşür
AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq (FOTO)
Bakı Dialoqları Jurnalının növbəti sayı nəşr edilib
“Yaşıl Marafon” layihəsi üzrə ağacəkmə aksiyaları uğurla davam edir (FOTO)
Azərbaycanda tam orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanı keçirilib
"Azərişıq" əhaliyə göstərdiyi 19 xidməti elektronlaşdırıb
"Azərişıq" yeni elektron xidmət istifadəyə verib
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi sələfinin səhvlərindən dərs çıxarmır - Separatizm və terror alovlandırılır
Baş Prokurorluq KİV-də yayılan məlumatla bağlı təkzib verdi
1540-dan çox şəxsə ikinci doza vaksin vurulub - Poliklinika
Putinlə Lukaşenko Moskvada görüşəcək
İƏT-lə statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib
“Azərtütün Aqrar Sənaye Kompleksi” özəlləşdirilir - Sərəncam
Azərbaycanda koronavirusa qarşı peyvənd istehsalı nəzərdən keçirilir
Ermənistanın Gəncəyə raket atəşi zamanı çəkilən foto Türkiyədə ilin media fotosu seçildi (VİDEO)
Tərtərdə Ermənistanın raket və artileriya atəşi nəticəsində dağılmış yollar bərpa olunur (FOTO)
Azərbaycanda yeni seysmik stansiyaların quraşdırılmasına başlanır (FOTO)
Tarix Muzeyinə baş direktor seçilib
Ortaq Media Platforması milli maraqlarımızın qlobal media müstəvisində qorunmasına xidmət edəcək - Deputat
Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilir (FOTO/VİDEO)
İranda ötən gün koronavirusdan 328 nəfər ölüb
Bakıda qatar vuran oğlanla bağlı araşdırma başlandı
Boru kəmərləri ilə Azərbaycan qazının tədarükü 15 faizdən çox artacaq
“PAŞA Bank”ın baş sponsorluğu ilə “Virtual karyera sərgisi” keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirşağıda yenidənqurma və təmir-bərpa işlərinin təməlqoyma tədbirində iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB-2)
230 tender və 1061 kotirovka sorğusunun nəticələri ləğv edilib (FOTO)
Sabah 28 dərəcəyədək isti olacaq
SOCAR bu ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb
Kapital Bank 2021-ci ilin I rübünün nəticələrini elan edib
Xroniki xəstəliyi olan insanlar oruc tutarkən ehtiyatlı olmalıdır - Nazirlik
Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu
Koronavirusdan qorunmaq üçün xüsusi qida var? - Səhiyyə Nazirliyindən açıqlama
Yaxın vaxtlarda şəhid ailələri və qazilər üçün növbəti yaşayış kompleksinin açılışı olacaq
DİN dövriyyədən 68 kiloqram narkotik vasitə çıxarıb (FOTO/VİDEO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Bir neçə ölkədən quş əti idxalı dayandırılıb
Hindistanda koronavirusa yoluxma və ölüm hallarında ən yüksək göstərici qeydə alınıb
Minaya düşən hərbi qulluqçumuz şəhid olub
Eldar Quliyev həyat yoldaşının yanında dəfn olunacaq - Nazirlik
Balakəndə koronavirus xəstəsinə cinayət işi açılıb
Ötən gün borca görə 18 nəfər saxlanılıb
İmişlidə müştərilərə qəlyan təklif edən çay evi aşkarlanıb
2342 şəhid ailəsinə vəsiqə verilib
Türkiyədə kriptovalyutanın istifadəsi qadağan olundu
Yaxın günlərdə müharibə əlillərinə avtomobillərin verilməsinə başlanılacaq
Xəzər rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunur
Yunanıstanın qaz idxalında Azərbaycanın payı açıqlanıb
"8 Noyabr" prospektində yenidənqurma işləri aparılır (VİDEO)
AZAL-ın Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
ABŞ-da atışma - Ona yaxın ölü, çoxlu yaralı var
Vergi Xidməti kartlardan böyük məbləğdə vəsaitin tutulmasına aydınlıq gətirib
Bütün xəbərlər