...

Azərbaycanda əmək observatoriyası yaradılacaq (YENİLƏNİB)

Cəmiyyət Materials 28 Noyabr 2017 11:59 (UTC +04:00)
2020-ci ilədək Azərbaycanda milli əmək observatoriyası yaradılacaq.
Azərbaycanda əmək observatoriyası yaradılacaq (YENİLƏNİB)

Bakı. Azad Həsənli - Trend:

2020-ci ilədək Azərbaycanda əmək bazarının qiymətləndirilməsi və monitorinqi üzrə milli observatoriya yaradılacaq.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazirin sözlərinə görə, bu observatoriyanın yaradılmasında beynəlxalq təşkilatlar iştirak edəcəklər.

Nazirin sözlərinə görə, bu məsələ bu gün Dünya Bankı, Avropa İttifaqı, Avropa Təhsil Fondu və digər beynəlxalq təşkilatlar tərəfindən müzakirə olunacaq.

S.Müslümov qeyd edib ki, Azərbaycanda observatoriyanın yaradılmasında Avropa İttifaqı kömək edəcək.

Bu cür strukturun yaradılmasının vacibliyindən danışan nazir vurğulayıb ki, bu gün nazirlik təkbaşına əmək bazarını qiymətləndirılməsini aparmaq gücündə deyil, ona görə də observatoriyanın yaradılması bu istiqamətdə vacib addımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti