...

“Dövlət qulluğu” jurnalının 2-ci nömrəsi çap olunub

Cəmiyyət Materials 12 Dekabr 2017 19:20 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının xüsusi buraxılışında dövlət qulluğuna hazırlaşanlar üçün “Dövlət qulluğu” jurnalının 2-ci nömrəsini çap edib.
“Dövlət qulluğu” jurnalının 2-ci nömrəsi çap olunub

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının xüsusi buraxılışında dövlət qulluğuna hazırlaşanlar üçün “Dövlət qulluğu” jurnalının 2-ci nömrəsini çap edib.

DİM-dən Trend-ə verilən məlumata görə, bu nömrədə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunu”, “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”, “Dövlət qulluğuna qəbulun test imtahanı mərhələsi üçün proqramlar və test tapşırığı nümunələri ”, “Müsabiqəyə təqdim olunmuş vakant vəzifələrin siyahısı” və digər zəruri məlumatlar dərc olunub.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M.

Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti