...

"Trend" və "Kazinform" arasında yeni əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

Cəmiyyət Materials 15 Dekabr 2017 14:57 (UTC +04:00)
Bu gün Bakıda “Trend” Beynəlxalq İnformasiya Agentliyi və Qazaxıstanın “Kazinform” Beynəlxalq İnformasiya Agentliyi arasında yeni əməkdaşlıq memorandumu imzalanıb.
"Trend" və "Kazinform" arasında yeni əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

Bu gün Bakıda “Trend” Beynəlxalq İnformasiya Agentliyi və Qazaxıstanın “Kazinform” Beynəlxalq İnformasiya Agentliyi arasında yeni əməkdaşlıq memorandumu imzalanıb.

Trend-in məlumatına görə, memorandum məlumat mübadiləsi sahəsində peşəkar əməkdaşlığın möhkəmləndirilməsini, dostluq münasibətlərinin qurulmasını və KİV sahəsində səmərəli əməkdaşlığı nəzərdə tutur.

Sənədi “Trend”in və “Kazinform”un baş redaktorları İlahə Məmmədli və Bibinor Tanelbayeva imzalayıblar.

“Trend”in baş redaktoru İ.Məmmədlinin sözlərinə görə, bu memorandumun imzalanması Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən məlumat mübadiləsi və iki ölkənin jurnalist ictimaiyyətləri arasında qarşılıqlı səmərəli əməkdaşlığın inkişaf etməsinin işarəsidir.

İ.Məmmədli qeyd edib ki, "Trend” və “Kazinform” arasında əməkdaşlıq uzun müddətdir ki, qurulub, amma yeni saziş iki agentlik arasında qarşılıqlı fəaliyyətin səmərəliliyini artırmağa, informasiya axınından intensiv istifadə etməyə imkan verir, çünki günümüzün çağırışları inteqrasiyanın perspektivlərini müzakirə etməyi, əməkdaşlıq üçün yeni platformalaırn yaradılmasını, yeni layihələrin reallaşdırılmasını zəruri edir: “Mən məmnunam ki, “Trend”in tərəfdaşı qismində “Kazinform” kimi təkcə Qazaxıstanda və regionda, həm də bütün dünyada təqdir edilən hörmətli və nüfuzlu agentlik çıxış edir”.

“Kazinform”un baş redaktoru B.Tanelbayeva öz növbəsində qeyd edib ki, memorandumun imzalanması hər iki ölkədə baş verən hadisələri daha fəal işıqlandırmağa imkan verəcək: “Hökumətlərimizin, dövlətlərimizin rəhbərlərinin planlaşdırdığı layihələri nəzərə alaraq hesab edirəm ki, agentliklərimiz arasında bu əməkdaşlıq çox vacibdur. KİV-lər Qazaxıstanda proseslərin necə cərəyan etdiyini və onların Azərbaycanda necə tətbiq edilə bilməsini işıqlandırmalıdır. Eyni yanaşma əks istiqamətdə də baş verməlidir”.

“Trend” BİA-dan danışan B.Tanelbayeva qeyd edib ki, “Trend” kifayət qədər güclü, proqressiv və maraqlı agentlikdir: “Mən hələ “Kazinform”da işləməzdən əvvəl sizin agentliyi bəyənirdim. Biz memorandumun imzalanmasını alqışlayırıq. Bundan əlavə, buna mən təşəbbüs göstərmişəm, çünki hesab edirəm ki, qurulan əlaqələri daim yeniləmək lazımdır. “Trend” xəbərlərin verilməsi, redaksiya baxımından çox güclüdür və məmnunam ki, bu imzalanma mərasimində iştirak edirəm. Ümid edirəm ki, biz təkcə bu memorandum çərçivəsində yox, həm də ondan kənarda da əməkdaşlığımızı əlavə razışlaşmalar imzalamadan genişləndirəcəyik. Siz öz layilərinizi təqdim edə bilərsiniz, biz isə öz layihələrimizi və ümid edirəm ki, onlar təsdiq olunacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti