...

Bakıda TIXAC - Avtobuslararası intervalda gecikmələr yaranıb (FOTO)

Cəmiyyət Materials 28 Dekabr 2017 18:34 (UTC +04:00)

Bakı. Trend:

Bakıda avtobuslararası intervalda gecikmələr yaranıb.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, hazırda paytaxtın əksər küçə və prospektlərində, o cümlədən Z.Bünyadov, Neftçilər, Tibilisi prospektləri, F.X Xoyski, Y.Səfərov, A.Cəlilov, Ü.Hacıbəyov küçələri, Azneft dairəsi, Bayıl, Dövlət Bayrağı Meydanının qarşısındakı yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

Bu səbəbdən də bir çox marşrut xətləri üzrə avtobuslararası intervalda gecikmələr yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti