...

Bu il 2 min km-dən artıq avtomobil yolunun tikintisi nəzərdə tutulur (FOTO)

Cəmiyyət Materials 17 Yanvar 2018 13:16 (UTC +04:00)
2018-ci ildə uzunluğu 2 min km-dən artıq kəndlərarası və qəsəbələrarası avtomobil yolu layihəsi, habelə digər respublika əhəmiyyətli və magistral avtomobil yolları layihələrinin icrası həyata keçiriləcək.
Bu il 2 min km-dən artıq avtomobil yolunun tikintisi nəzərdə tutulur (FOTO)

Bakı. Samir Əli - Trend:

2018-ci ildə uzunluğu 2 min km-dən artıq kəndlərarası və qəsəbələrarası avtomobil yolu layihəsi, habelə digər respublika əhəmiyyətli və magistral avtomobil yolları layihələrinin icrası həyata keçiriləcək.

Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bunu agentliyin 2017-ci ilin yekunlarına və 2018-cı il qarşıda duran vəzifələrin icrasına həsr olunan iclasında qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

S.Məmmədov 2017-ci il ərzində agentlik tərəfindən nəzərdə tutulan bütün respublika əhəmiyyətli, kəndə və qəsəbələrarası avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işlərinin uğurla icra olunduğunu qeyd edərək, ümumilikdə uzunluğu 1335 km təşkil edən yolların yenidən qurulduğunu və təmir olunduğunu iclas iştirakçılarının diqqətinə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti