412 nəfər 20 Yanvar əlili və şəhidi ailəsinə birdəfəlik maddi yardım ayrılıb (FOTO)

412 nəfər 20 Yanvar əlili və şəhidi ailəsinə birdəfəlik maddi yardım ayrılıb (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qarabağ müharibəsi, 20 Yanvar, Çernobıl əlilləri, gözdən əlillər və müharibə veteranları ilə bağlı ictimai birliklərin rəhbərlərinin də iştirak etdiyi tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın dövlət himni səslənib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda getdikcə güclənən milli azadlıq hərəkatını dayandırmaq, xalqımızın müstəqillik əzmini sındırmaq üçün dinc əhaliyə qarşı həyata keçirdiyi dəhşətli qətliamdan bəhs edib: “Silahlı təcavüz nəticəsində günahsız insanların misli görünməmiş vəhşiliklərlə, xüsusi qəddarlıqla qətlə yetirilməsi insanlığa qarşı cinayət olmaqla, o zaman onsuz da sonu çatmaqda olan sovet imperiyasının mahiyyətini açıb göstərdi. Həmin hərbi təcavüz Azərbaycan xalqının nəinki müstəqillik əzmini sındıra bilmədi, əksinə, milli azadlıq ruhunu daha da gücləndirdi. 20 Yanvar faciəsi zamanı Azərbaycanın müstəqilliyi naminə canlarını fəda edən Vətən övladları tariximizin yeni qəhrəmanlıq səhifəsini yazdılar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bəyan etdiyi kimi “20 Yanvar hadisələrini bir faciə kimi təsvir etmək azdır. 20 Yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsidir”.

Nazir vurğulayıb ki, faciənin sabahı günü - 1990-cı il yanvarın 21-də Ulu öndərimiz Heydər Əliyevin həmin vaxt xüsusi nəzarət altında olmasına baxmayaraq, cənab İlham Əliyevlə birgə heç kimdən və heç nədən çəkinmədən Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin şəkildə pisləyən bəyanatla çıxış etməsi böyük cəsarət hissinin, eyni zamanda öz xalqına sonsuz bağlılığın, dərin sədaqətin tarixi nümunəsi idi.

S.Müslümov 1990-cı ilin yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsi məqsədilə Ulu öndərimiz Heydər Əliyevin mühüm tarixi xidmətlərini diqqətə çatdırıb: “Eyni zamanda, 20 Yanvar gününün Ümumxalq hüzn günü kimi elan olunması, “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, 20 Yanvar əlillərinin və şəhid ailələrinin sosial müdafiəsi tədbirlərinə başlanması da məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır”.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə xüsusi diqqət və qayğı göstərildiyini vurğulayan nazir bildirib ki, dövlət başçısının müvafiq Sərəncamı ilə Şəhidlər Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən qurularaq abadlaşdırılıb, həmçinin Bakıda “20 Yanvar” dairəsində 20 yanvar faciəsi qurbanlarının xatirəsinə memorial abidə kompleksi yaradılıb: “Cənab Prezidentin əlil və şəhid ailələrinə qayğının artırılması ilə bağlı tapşırıqları 20 Yanvar əlilləri və şəhid ailələrinin də etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmalarına şərait yaradıb. Bu vaxta qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 73 nəfər 20 Yanvar əlilinə və 20 Yanvar şəhidinin ailəsinə mənzil, 84 nəfər 20 Yanvar əlilinə minik avtomobili verilib. Həmin insanlar Azərbaycan Prezidentinin aylıq təqaüdləri (20 Yanvar şəhidi fəxri adı almış insanların ailələri ayda 300 manat, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş I qrup əlillər 165 manat, II qrup əlillər 143 manat, III qrup əlillər 110 manat) ilə təmin olunurlar. Bu təqaüdlə bərabər, 20 Yanvar əlillərinə əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası, onların uşaqlarına, habelə 20 Yanvar şəhidlərinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinə aylıq sosial müavinət ödənilir. 20 Yanvar əlilləri və şəhid ailələrinin ölkəmizin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan övladlarının təhsil haqqının da dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi təmin olunur. Milli qanunvericilikdə bu təbəqədən olan insanlar üçün bir sıra güzəşt və imtiyazlar da nəzərdə tutulub”.

S.Müslümov hər il 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar 20 Yanvar əlillərinə və 20 Yanvar şəhidlərinin ailələrinə birdəfəlik maddi yardmlar verildiyini də diqqətə çatdırıb: “20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar olaraq da bu günlərdə ümumilikdə 412 nəfər 20 Yanvar əlilinə və 20 Yanvar şəhidinin ailəsinə (o cümlədən 115 şəhid ailəsi və 297 nəfər 20 Yanvar əlili) birdəfəlik maddi yardımlar ayrılıb”. Nazir qeyd olunan insanların sosial müdafiəsinin gücləndirilməsi istqamətində bundan sonra da müvafiq tədbirlərin davam etdiriləcəyini vurğulayıb.

Tədbirdə qeyd olunub ki, ƏƏSMN tərəfindən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi işlərinin dəstəklənməsi də diqqətdə saxlanılır. 20 Yanvar şəhidlərindən bəhs edən və 27 il əvvəl kiril qrafikasında nəşr olunmuş “Şəhidlər” kitabı da nazirliyin dəstəyi ilə latın qrafikasında, həm də əlavə və düzəlişlərlə, daha təkmil şəkildə yenidən işıq üzü görüb.

Qarabağ müharibəsi, 20 Yanvar, Çernobıl əlilləri, gözdən əlillər və müharibə veteranları ilə bağlı ictimai birliklərin rəhbərləri, 20 Yanvar şəhidlərinin ailə üzvləri həmçinin “Şəhidlər” kitabının müəllifi yazıçı-publisist Rafiq Səməndər 1990-cı ilin yanvar hadisələrindən bəhs edib, 20 Yanvarın təkcə faciə günü deyil, tariximizin mübarizlik və qəhrəmanlıq səhifəsi də olduğunu qeyd ediblər. Onlar Milli Qəhrəmanların tanıdılması sahəsində aparılan işlərə, habelə Azərbaycanın Milli Qəhrəmanlarının həyat və mübarizəsi haqqında sənədli materialları əhatə edən “Milli Qəhrəmanlarımız” kitabının nəşrinə, eləcə də hazırda təqdimatı olan “Şəhidlər” kitabının yenidən nəşr olunmasına nazirlik tərəfindən dəstək verilməsini yüksək dəyərləndiriblər.

“Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır
“Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır
YUNESKO süni intellekt sahəsində ilk qlobal etik standartları qəbul edib
YUNESKO süni intellekt sahəsində ilk qlobal etik standartları qəbul edib
"Azercell"in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunlarına start verilib
"Azercell"in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunlarına start verilib
Loading Bars
Xəbər lenti
Azərbaycan Sakit Okean Alyansı təşkilatının III Beynəlxalq Əməkdaşlıq Forumunda təmsil olunub
Azərbaycanla Aİ arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Cek Dorsi "Twitter"-in baş direktoru vəzifəsindən istefa verib
Fuad Muradov ABŞ-da Azərbaycan əsilli yəhudi yazıçı ilə görüşüb
Şimal-Cənub dəhlizinin reallaşması İran-Azərbaycan münasibətlərində canlanmaya səbəb olub - TƏHLİL
Azərbaycan dövlət büdcəsinə gömrük daxilolmaları artıb
İstifadə müddəti bitmiş müxtəlif növ qida məhsulları məhv edilib
"SOCAR Türkiyə" "Merkury" layihəsi ilə bağlı yekun qərarın müddətini açıqlayıb
Bolqarıstan Azərbaycandan razılaşdırılmış qaz həcminin yalnız üçdəbir hissəsini əldə edir - Səfir
Dörd restoran və bir çay evində pozuntular aşkarlanıb
Nazirlər Kabineti COVID sertifikatlarının tanınması ilə bağlı Qərar qəbul edib
Azərbaycanın xarici ticarət dövriyyəsi 26 milyard dolları ötüb
COVID-19-a qarşı peyvənd, əks göstəriş və immunitetə malik olmaya dair sertifikatlar təsdiqlənib
Operativ Qərargahın genişləndirilmiş iclası keçirilib (FOTO)
İstanbulda fırtınada ölənlərin sayı 4-ə çatıb
Şəkidə qaz təchizatı müvəqqəti dayandırılacaq
İƏT-in “Birlikdə gələcəyə” çağırışı yeni reallıqların diktə etdiyi strateji tərəfdaşlığın möhkəmlənməsinə imkan yaradacaq - Vüqar Rəhimzadə
AzMİU-da Milli Məclisin deputatı Ramin Məmmədovun tələbələrlə görüşü olub (FOTO)
Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı XİN-ləri arasında məsləhətləşmələr keçirilib
Mətbuat Şurası İldırım Dəmirlinin vəfatı ilə bağlı nekroloq yayıb
İƏT ilə Azərbaycan arasında konstruktiv əməkdaşlıq mühiti var - Tamam Cəfərova
14 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb
Ermənistan niyə reallıqlarla barışmağa məhkumdur? - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Qış Universiadası "omikron" ştammına görə ləğv olunub
Noyabrın 30-na USD/AZN rəsmi məzənnəsi
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bəlli olub
Azərbaycanda futbol klublarına dəstək fondu yaradılacaq
Gənclər və idman nazirinə yeni müavinlər təyin edilib
PAŞA Bankın endirimindən faydalanmaq üçün son 1 gün!
Bakıda gender əsaslı zorakılıqla mübarizəyə dair konfrans keçirilib
Prokurorluq Yasamalda intihar edən 18 yaşlı qızla bağlı açıqlama yaydı
Bakıda saxta spirtli içkilərin satıldığı müəssisə aşkarlanıb
Türkiyənin ölkəmizdəki səfiri ADNSU-da olub (FOTO)
Çoxmənzilli binalarda su təchizatı sistemləri yenidən qurulur (FOTO)
Rasim Quliyevin məhkəmə istintaqı başa çatdı
Tovuzda qanunsuz fəaliyyət göstərən kəsim məntəqələri aşkarlanıb (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 857 nəfər koronavirusa yoluxub, 26 nəfər ölüb
"Peşə təhsili haqqında” Qanuna edilən dəyişiklik təsdiqləndi
Pay torpaqlarına çıxarış verilməsi üçün rüsum tutulmayacaq
“Təhsil haqqında” qanuna edilən dəyişikliklər təsdiqlədi
Araz çayı boyunca dəmiryolu və avtomobil yolunun tikintisi məsələsi həllini tapıb - Ərdoğan
Türkiyə İsraillə münasibətlərin normallaşması üçün addımlar atmağa hazırdır - Ərdoğan
"Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənayeparklarının rezidenti olmaq üçün 10-dək layihə təqdim edilib
Crowd-1 dələduz maliyyə piramidası İfşa edildi, rəhbərləri Saxlanıldı (FOTO/VİDEO)
Rektor uğur qazanmış tələbələrlə görüşüb (FOTO)
AHİK sədri Səttar Möhbalıyev gürcüstanlı həmkarı İrakli Petriaşvili ilə görüşüb
Cəbrayılda təmir-tikinti işləri apararkən bir nəfər minaya düşüb
Eldəniz Səlimovun məhkəməsi keçirilib
"Patı" ilə tutulan Azərbaycan çempionuna hökm oxundu
Dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verildi
İranda ötən sutkada 4,31 min nəfər koronavirusa yoluxub
Minaatan və artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib (VİDEO)
Bərdə-Ağdam avtomobil yolunun tikintisi davam etdirilir (FOTO)
Lənkəranda yaşayış yerini tərk edən aktiv COVID-19 xəstəsi aşkarlanıb
KOBİA yanında İctimai Şuranın iclası keçirilib (FOTO)
KOBİA sədrinin keçmiş müavini Ukraynada yüksək vəzifəyə təyin olunub
Nobel mükafatı laureatı Aziz Sancar Bakıya gəlib
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Qobustanda keçirilib (FOTO)
Fuad Muradov ABŞ-da Azərbaycan əsilli yəhudi yazıçı ilə görüşüb
Türkiyədə müalicə alan daha beş qazi sağalaraq Azərbaycana qayıdıb (FOTO)
BDU-nun 10-dan çox qrupu distant təhsilə keçib
Ağdam sənaye parkına ayrılmış ərazinin 74 hektarı minalardan təmizlənib
İsmayıllıda xəstəxananın şöbə müdiri və qohumu avtomobillə qəsdən vurulub (VİDEO)
Soçi Bəyanatı Azərbaycanın növbəti diplomatik qələbəsidir - Kamaləddin Qafarov
Bəzi yanacaqdoldurma məntəqələrində yanacağa qatqılar əlavə edilir - SOCAR
Medianın İnkişafı Agentliyi “Sərhədsiz Reportyorlar” təşkilatına etiraz məktubu göndərib
Bolqarıstan qaz tədarükü müddətinin uzadılması üçün Azərbaycana müraciət edib
Hava dəyişəcək: Güclü külək, yağış, qar gözlənilir
Xurma adı ilə qanunsuz dərman daşıyan avtomobil saxlanılıb
Azərbaycan Notariat Palatasının Elmi-Metodiki Şurasının iclası keçirilib (FOTO)
Azərbaycanın Yekaterinburqdakı baş konsulu geri çağırılıb - SƏRƏNCAM
MEDİA və ADA Universiteti gənc jurnalistlər üçün seminarlara başlayıb (FOTO)
Prezident İlham Əliyev: Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün çox mühüm rol oynayır
Rusiyada koronavirusa yoluxanların sayı 9,6 milyon nəfəri ötüb
Prezident İlham Əliyev Rusiyanın “Rossiya-1” telekanalına müsahibə verib (VİDEO)
Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq standartın tətbiqinə başlayıb
YAP sıralarına yeni üzv olan gənclərlə görüş keçirilib (VİDEO)
Azərbaycanda istehsal edilən yanacağın qonşu ölkələrə ixracı planlaşdırılır (Özəl)
Ali məktəblərə sınaq imtahanına qeydiyyat başlayıb
İlahiyyat İnstitutunun dekanı beynəlxalq konfransda iştirak edib (FOTO)
Sabah 20 dərəcəyədək isti olacaq
Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin yığıncağı keçirilib (FOTO)
Hotellərdə qiymətlərin artması müşahidə olunur - Hotellər Assosiasiyası
Ermənistanın sabiq müdafiə nazirinin həbs müddəti uzadılıb
Bolqarıstan KİV-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü geniş işıqlandırılıb
"Omikron" ştammının qlobal yayılma ehtimalı çox yüksəkdir - ÜST
“Peyvənd sertifikatı”nın müddəti nə qədərdir, üçüncü doza vurulmasa, sənəd qüvvədən düşür?
Sahibkarlar üçün “KOB dostu” verilişi başlayır
BMT dünya turizm sektorunun itkilərini proqnozlaşdırıb
İlin sonunadək Neft Emalı Zavodunda modernizasiya işlərinin 90 faizi tamamlana bilər - SOCAR (FOTO)
Masazırda ev yanıb
Qəbələdə Uşaq Reabilitasiya Mərkəzinin tikintisi yekunlaşır
Gələn ay Türkmənistan qazının Azərbaycana tədarükünə başlanılacaq - İranın neft naziri
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Piyadanı vurub öldürən sürücü hadisə yerindən qaçıb
Bakıda əcnəbi vətəndaşı döyərək qarət edən mütəşəkkil dəstə saxlanılıb
Bakı Ali Neft Məktəbinin yaranmasının 10 ili tamam olub
Canni de Byazinin millidəki taleyinə nə vaxt aydınlıq gələcək? - AFFA -dan AÇIQLAMA
2023-cü ildə Azərbaycan Avro-5 standartlı benzin istehsalına başlayacaq
Bütün xəbərlər