...

Aprelə az qaldı - Növbəti "Formula 1" ilə bağlı işlər nə yerdədir?

Cəmiyyət Materials 24 Yanvar 2018 14:54 (UTC +04:00)
“2018-ci il 27-29 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışları uğurla davam edir və deyə bilərəm ki, növbəti yarışmaya maraq daha böyükdür".
Aprelə az qaldı - Növbəti "Formula 1" ilə bağlı işlər nə yerdədir?

Bakı. Elçin Mehdiyev – Trend:

“2018-ci il 27-29 aprel tarixlərində baş tutacaq "Formula 1" Azərbaycan Qran Prisi üçün bilet satışları uğurla davam edir və deyə bilərəm ki, növbəti yarışmaya maraq daha böyükdür".

Bunu Trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, keçən illə müqayisədə biletlərin satışında artım var, əvvəlki kimi Rusiyadan, Avropa ölkələrindən biletlər çox alınır: “Keçən ilin uğurlu yarışından sonra maraq daha da çoxalıb. Hazırki nəticələrlə razıyıq”.

Şöbə rəhbəri vurğulayıb ki, yarışmaya hazırlıq işləri qrafikə uyğun aparılır: “Şəhərdə beton blokların qoyulmasına artıq başlanılıb, insanlara maneə yaratmadan tikinti işləri davam edir. Təbliğat işləri də aparılır, beynəlxalq mətbuatla çox yaxından işləyirik, marşalların, könüllülərin təlimləri davam edir. Yəni, qrafikə uyğun olaraq işlər aparılır. Biz insanların yarışmadan razı qalmaları üçün səylə çalışırıq”.

N.Arpadarai bu ilki yarışmada da konsert proqramının təşkil ediləcəyini və üç dünya ulduzunun Bakıya gələcəyini diqqətə çatdırıb: “Ulduzlarla danışıqlar aparılır, ulduzların gəlişi ilə bağlı danışıqlar tam yekunlaşdıqdan sonra kimlərin gələcəyi açıqlanacaq. Ötən ilki kimi bu il də üç dünya ulduzunun konserti olacaq”.

Qeyd edək ki, 2018-ci ildə keçiriləcək növbəti "Formula 1" Azərbaycan Qran Prisi üçün bilet satışına noyabrın 6-dan start verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti