Bakı. Trend:
Yanvarın 25-də Binəqədi Rayon İcra Hakimiyyətində "Müstəqil Azərbaycanın dövlət dil siyasəti: Reallıqlar və Perspektivlər" mövzusunda “Məlumat saatı” keçirilib.
İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, Məlumat saatında Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, rayon bələdiyyələri, rayon icra nümayəndəlikləri, rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, YAP fəalları, ASAN Könüllüləri və orta ümumtəhsil məktəblərinin Azərbaycan dili və Ədəbiyyat müəllimləri iştirak ediblər.
Tədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini A.Əliyeva açaraq, akademik N.Cəfərova dəvəti qəbul etdiyi üçün Rayon İcra Hakimiyyəti adından təşəkkür edib. Sonra məruzə ilə çıxış etmək üçün Milli Məclisin deputatı, akademik N.Cəfərova söz verilib.
Akademik N.Cəfərov Azərbaycanda Dil Siyasəti və onun reallıqları barədə geniş məlumat verib. O bildirib ki, hazırda işlətdiyimiz Azərbaycan dili uzun tarixi yol keçib, bu günümüzə gəlib çatıb və bu yolda bir neçə dəfə baş vermiş əlifba dəyişiklikləri dilimizə öz təsirini göstərib.
Tədbirin sonunda auditoriyanın sualları cavablandırılıb.