...

Bakıda Novruz bayramı ilə bağlı yarmarkalar NƏ VAXT fəaliyyətə başlayacaq?

Cəmiyyət Materials 28 Fevral 2018 08:48
Bakıda Novruz bayramı ilə bağlı bayram yarmarkaları üçün nəzərdə tutulan çadırların quraşdırılmasına başlanılıb.
Bakıda Novruz bayramı ilə bağlı yarmarkalar NƏ VAXT fəaliyyətə başlayacaq?

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bakıda Novruz bayramı ilə bağlı bayram yarmarkaları üçün nəzərdə tutulan çadırların quraşdırılmasına başlanılıb.

Bu barədə Trend-ə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Onun sözlərinə görə, fevralın 27-dən etibarən bayram yarmarkaları üçün çadırlar quraşdırılır:

"Artıq ötən gündən bayram yarmarkaları üçün çadırlar quraşdırılır. Bu gündən onların fəaliyyətinə icazə veriləcək. Artıq 5 yerdə - "Gənclik", "Nərimanov", "28 may", "İnşaatçılar" və "Koroğlu" metro stansiyalarının yaxınlığında belə çadırlar quraşdırılır. Yaxın günlərdə daha 5 yerdə bayram yarmarkaları üçün çadırların quraşdırılması nəzərdə tutulur".

Ə.Bağırov bildirib ki, yarmarkaların təşkil edilməsində məqsəd bayramqabağı paytaxtda qiymət artımının qarşısını almaq və küçə ticarətini həmin yarmarkalara cəlb etməkdir.

Qeyd edək ki, yarmarkalar martın 25-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti