...

Çexiyada AXC-in yaranmasının 100 illiyi ilə bağlı foto sərgi təşkil olunub (FOTO)

Cəmiyyət Materials 1 Mart 2018 00:16 (UTC +04:00)
28 fevral tarixində Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyinin dəstəyi ilə Avropa-Azərbaycan Ticarət Palatası (Çexiya) tərəfindən Çexiyanın Çeske Budoyeviçe şəhərinin mərkəzi meydanında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı foto sərgi təşkil olunub.
Çexiyada AXC-in yaranmasının 100 illiyi ilə bağlı foto sərgi təşkil olunub (FOTO)

Bakı. Trend:

28 fevral tarixində Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyinin dəstəyi ilə Avropa-Azərbaycan Ticarət Palatası (Çexiya) tərəfindən Çexiyanın Çeske Budoyeviçe şəhərinin mərkəzi meydanında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı foto sərgi təşkil olunub.

Trend-ə səfirlikdən verilən məlumata əsasən, sözügedən sərgidə ölkəmizin keçdiyi tarixi yol, habelə ermənilər tərəfindən ölkəmizə qarşı törədilən soyqırım haqqında fotoşəkillər nümayiş etdirilib.

Tədbirdə çıxış edən səfir Fərid Şəfiyev Çeske Budoyeviçe şəhərinin mərkəzi meydanında belə fotosərginin keçirilməsinin, Azərbaycan haqqında yerli ictimaiyyətin daha geniş məlumat əldə etmək imkanı yaratdığını bildirib. Səfir Fərid Şəfiyev daha sonra Çeske Budoyeviçe şəhərinin yerli televiziya kanalına müsahibə verib və ölkələrimiz arasındakı münasibətlərə toxunub.

Tədbirdə həmçinin Çexiya Senatının sədr müavini Yirji Şestak, Çeske Budoyeviçe şəhərinin meri Yirji Svoboda, Cənubi Bohemiya regionu qubernatorunun müavini Yozef Knot və Azərbaycan-Avropa Ticarət Palatasının sədri Devid Snaşel çıxış ediblər. Natiqlər Azərbaycanla bağlı fotosərginin şəhər sakinləri, habelə turistlərin marağına səbəb olacağını vurğulayıblar.

Fotosərginin açılışında Çexiya Respublikasının rəsmiləri və ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbir iştirakçılarına Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.

28 fevral tarixində başlayan fotosərgi bir ay müddətində davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti