...

"Magistratura.az"da Birinciliyin mükafatlandırılması tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 12 Mart 2018 10:42 (UTC +04:00)
Ötən gün Odlar Yurdu Universitetinin nəzdində fəaliyyət göstərən "Magistratura.az" Təhsil Mərkəzində artıq ənənə halına gəlmiş Birinciliyin mükafatlandırılması tədbiri keçirilib.
"Magistratura.az"da Birinciliyin mükafatlandırılması tədbiri keçirilib (FOTO)

Bakı. Trend:

Ötən gün Odlar Yurdu Universitetinin nəzdində fəaliyyət göstərən "Magistratura.az" Təhsil Mərkəzində artıq ənənə halına gəlmiş Birinciliyin mükafatlandırılması tədbiri keçirilib.

Qeyd edək ki, 5 ildir fəaliyyət göstərən "Magistratura.az" Təhsil Mərkəzi fəaliyyəti ərzində 3 il Respublika birinciliyi qazanıb.

Beləki, 2014-2015-ci tədris ilində Respublika birincisi (96 bal), ikincisi (94 bal), üçüncüləri (93bal) və həmçinin 10 nəfər 90 bal və yuxarı nəticə göstərən tələbə, 2015-2016-cı tədris ilində Respublika üzrə 9 nəfər 90+ nəticədən 3 nəfəri, 2016-2017-ci tədris ilində Respublika birincisi (99 bal), həmçinin 22 nəfər 90+ nəticə və nəhayət cari (2017-2018) tədris ilində Respublika Birincisi (95 bal), ikincisi (94 bal), üçüncüsü (92 bal), dördüncülər (91 bal) və beşinci (90 bal) nəticələrlə "Magistratura.az" Təhsil Mərkəzinin tələbələri olub.

Sözsüz ki, belə yüksək nəticə yüksək idarəçilik və yüksək təhsilin nəticəsində əldə oluna bilər.

Cəmiyyətimizə belə savadlı, yüksək intellektə sahib gənclər qazandırdığına görə "Magistratura.az" Təhsil Mərkəzinin rəhbəri Anar Nurəliyev-ə minnətdarlığımızı bildiririk. Onun həm müəllim-işçi heyətilə, həm də tələbələrlə daim sıx münasibətinin nəticəsidir ki, "Magistratura.az" Təhsil Mərkəzi bu gün bu zirvələrə gəlib çatıb.

Bütün bu uğurlarımızda bizə daim yaxından köməklik göstərən, daim diqqət və qayğısını əsirgəməyən Odlar Yurdu Universitetinin rektoru, professor, şöhrət ordenli Əhməd Vəliyevə sonsuz təşəkkürlərimizi bildiririk.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti