...

Dünyagöz Bakı xəstəxanasının nailiyyətləri Türkiyə mediasında işıqlandırılıb (FOTO)

Cəmiyyət Materials 16 Mart 2018 12:00 (UTC +04:00)
Dünyagöz Bakı xəstəxanasının Baş həkimi Professor Dilavər Erşanlı tərəfindən Azərbaycanda icra olunan körpə Cansunun əməliyyatı xəbəri Türkiyənin məşhur Sabah qazetində yer alıb.
Dünyagöz Bakı xəstəxanasının nailiyyətləri Türkiyə mediasında işıqlandırılıb (FOTO)

Bakı. Trend:

900 qram çəki ilə doğulan Cansunun gözləri artıq görür. Çətinliyi və təhlükəli olmasına görə olduqca böyük təcrübə və diqqətli komanda işi tələb edən, Dünyagöz Bakı xəstəxanasının Baş həkimi Professor Dilavər Erşanlı tərəfindən Azərbaycanda icra olunan körpə Cansunun əməliyyatı xəbəri Türkiyənin məşhur Sabah qazetində yer alıb.

Trend-in məlumatına görə, 900 qram çəki ilə doğulmuş, beyin qanaması keçirmiş, uzun müddət küvezdə qalan körpənin ailəsinə müalicə üçün Türkiyəyə müraciət edilməsi tövsiyyə edilir. Azərbaycanda Dünyagöz Bakı xəstəxanasının açılması və bu əməliyyatı icra edə biləcək komanda və müasir cihazların olması pasiyentin Bakıda müayinə və müalicə olmasına ümid verir. Dünyagöz Bakı xəstəxanasında icra olunmuş ROP (yarımçıqdoğulmuşların retinopatiyası) müayinəsi və təcili əməliyyata alınması pasiyentin görmə qabiliyyətinin bərpası ilə nəticələnib.

Bir gözü anadangəlmə görməyən digər gözü sadəcə 1% görən anadangəlmə mikroftalmiya diaqnozlu 33 yaşlı Günel Qarayeva son ümidi Dünyagöz Bakı xəstəxanasına müraciət edir. Anadangəlmə mikroftalmiya diaqnozlu Günel Qarayevanın görmə funksiyasının bərpası ilə nəticələnən əməliyyatı Dünyagöz Bakı xəstəxanasının Professoru Dilavər Erşanlı icra edir. Günelin sadəcə 1% görən bir gözünün görmə dərəcəsinin 10%-ə çıxması bugün Günelin sərbəst hərəkəti, telefondan istifadəsi Dünyagöz xəstəxanasının nailiyyətlərindəndir.

“Tanımadığım insanlar yaxşılıq mələklərim oldu” - Günel Qarayeva.

https://www.sabah.com.tr/saglik/2018/03/15/900-gram-dogan-cansunun-gozu-artik-goruyor

Ben doğuşdan göremedim dünyanı
Şifa için dolaşdım ben her yanı
Annem bildim karşımdakı aynanı
Umutsuzdum, umutlandırdın beni
İyi ki, varsın Dünyagöz Hastanesi

Sana kadar şu hayatdan yoruldum
Dünyagözdə gözüme şifa buldum
Sizler sayesinde çox mutlu oldum
Umutsuzdum, umutlandırdın beni
İyi ki, varsın Dünyagöz Hastanesi

Şifa verdin milyonlarla gözlere
Huzur, mutluluk çöktü şu yüzlere
Ömrüm boyu minnetdarım Sizlere
Umutsuzdum, umutlandırdın beni
İyi ki, varsın Dünyagöz Hastanesi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti