...

Əflatun Amaşov: Prezident seçkiləri ilə bağlı KİV-lərin monitorinqi aparılır

Cəmiyyət Materials 19 Mart 2018 13:04 (UTC +04:00)
Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar olaraq KİV-lərin monitorinqi aparılır.
Əflatun Amaşov: Prezident seçkiləri ilə bağlı KİV-lərin monitorinqi aparılır

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar olaraq KİV-lərin monitorinqi aparılır.

Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov "Azərbaycan Respublikasının Prezident seçkilərində Kütləvi İnformasiya Vasitələrinin rolu və vəzifələri" mövzusunda keçirilən seminar-müşavirədə deyib.

O qeyd edib ki, hazırda 15 qəzetin, 10 informasiya agentliyinin monitorinqi aparılır.

Ə.Amaşovun sözlərinə görə, monitorinqlər zamanı namizədlərlə bağlı materialların nə dərəcədə peşəkarlıqla hazırlanması araşdırılacaq.

Şura sədri bildirib ki, əvvəlki seçkilərdə olduğu kimi, aprelin 11-i prezident seçkiləri günündə də Mətbuat Şurasının telefonları "qaynar xətt" kimi fəaliyyət göstərəcək: "Hər hansı bir məsələ ortaya çıxdığı halda Mərkəzi Seçki Komissiyası ilə əlaqə saxlanılacaq və məsələ aydınlaşdırılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti