...

Azərbaycanda 60 minə yaxın insan bu xəstəlikdən əziyyət çəkir

Cəmiyyət Materials 27 Mart 2018 12:30 (UTC +04:00)
Dünyada ən çox yayılmış nevroloji xəstəliklərdən olan epilepsiyadan Azərbaycanda 60 minə yaxın insan əziyyət çəkir.
Azərbaycanda 60 minə yaxın insan bu xəstəlikdən əziyyət çəkir

Bakı. İlhamə İsabalayeva - Trend:

Dünyada ən çox yayılmış nevroloji xəstəliklərdən olan epilepsiyadan Azərbaycanda 60 minə yaxın insan əziyyət çəkir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hər il dünyada 2,5 milyon nəfərdə epilepsiya xəstəliyi aşkar edilir.

Beynin xroniki xəstəliyi olan epilepsiya bütün bədəndə və ya bədənin hansısa hissəsində qısamüddətli, təhrik olunmamış qıcolmalar şəklində meydana çıxır. Müxtəlif ölkələrdə əhalinin hər 100 min nəfəri arasında 20-53, inkişaf etməkdə olan ölkələrdə 100-190 epilepsiyaya tutulma halına rast gəlinir. Hazırda dünyada 50 milyondan çox insan epilepsiyadan əziyyət çəkir:

"Ölkəmizdə epilepsiyadan əziyyət çəkən vətəndaşlara yüksək səviyyədə tibbi yardım göstərilir. Xəstələr tibbi yardım və birinci nəsil antiepileptik dərmanlarla dövlət hesabına təmin olunur, onlara əlilliyə görə müavinət ayrılır. Diaqnozun təyinində və differensiasiya olunmuş müalicədə həkim-epileptoloqların konsultasiyaları təşkil edilir, epilepsiyalı hamilə qadınlarda mümkün ola biləcək ağırlaşmaların vaxtında qarşısının alınması məqsədi ilə onlar daim həkim-epileptoloqun və ginekoloqların ciddi nəzarətində saxlanır".

Xəbər lenti

Xəbər lenti