...

32 qovaq, sərv, söyüd TƏHLÜKƏ altında

Cəmiyyət Materials 28 Mart 2018 10:30 (UTC +04:00)
Şikayət yerində araşdırılıb.
32 qovaq, sərv, söyüd TƏHLÜKƏ altında

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 7-9 saylı binaların qarşısında yaşıllıq ərazinin hasarlanması ilə bağlı daxil olan məlumat Nazirliyin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

ETSN-dən Trend-ə verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı sözügən ünvanda 20 sot torpaq sahəsinin hasara alındığı və hasarlanmış ərazinin daxilində ümumilikdə yaş köküstə 32 ədəd müxtəlif cinsli ağacın (qovaq, sərv, söyüd, liqustur) olduğu məlum olub.

Ağacların qorunub mühafizə olunması və zədələnməsi hallarına yol verilməməsi, hasarın sökülərək ərazinin əvvəlki vəziyyətə gətirilməsi üçün Nəsimi rayon və Bakı Şəhər İcra Hakimiyyətlərinə telefonoqram göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti