...

İtaliya və Almaniyada satılan Azərbaycan fındığının ixrac coğrafiyası genişləndiriləcək

Cəmiyyət Materials 14 Aprel 2018 08:04 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan 2018-ci ildə fındıq istehsalını artırmaq niyyətindədir.

Bu barədə Trend-ə Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasından deyiblər.

Agentliyin həmsöhbətinin sözlərinə görə, Assosiasiya istehsalı 48 faizə yaxın artırmağı planlaşdırır:

“2018-ci ildə biz 60-65 min ton fındıq istehsal etməyi planlaşdırırıq. İxraca gəlincə, bu təkcə istehsalın artımından yox, həm də dünya bazarındakı qiymətlərdən asılıdır. Əgər qiymətlər ucuzlaşmasa, biz ixracatın 10 faiz artımını gözləyirik”.

Assosiasiyadan o da bildirilib ki, bu il ixrac coğrafiyasının genişləndirilməsi üzrə iş aparılacaq.

Qeyd edək ki, hazırda Azərbaycan fındığının əsas satış bazarı İtaliya, Rusiya və Almaniyadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti