...

ADU-da “Düzgün istinad et və plagiata yol vermə: Harvard istinad sistemi ilə tanışlıq” mövzusunda tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Aprel 2018 11:40 (UTC +04:00)
Azərbaycan Dillər Universitetinin (ADU) Təlimdə innovasiyalar kafedrası və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə “Düzgün istinad et və plagiata yol vermə: Harvard istinad sistemi ilə tanışlıq” mövzusunda tədbir keçirilib.
ADU-da “Düzgün istinad et və plagiata yol vermə: Harvard istinad sistemi ilə tanışlıq” mövzusunda tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dillər Universitetinin (ADU) Təlimdə innovasiyalar kafedrası və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə “Düzgün istinad et və plagiata yol vermə: Harvard istinad sistemi ilə tanışlıq” mövzusunda tədbir keçirilib.

ADU-dan Trend-ə verilən məlumata görə, tədbirdə təhsil fakültəsinin nəzdində fəaliyyət göstərən kafedraların əməkdaşları, fakültənin tələbələri iştirak ediblər.

Təlimdə innovasiyalar kafedrasının baş müəllimi Könül Hacıyeva mövzu ilə bağlı təqdimatla çıxış edib. O, plagiat, istinadetmə anlayışları, plagiatdan yayınma yolları, istinadetmə zamanı qarşıya çıxan problemlər, onların aradan qaldırılması yolları və Harvard istinad sistemi haqqında məlumat verib.

Pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və belə tədbirlərin silsilə şəklində keçirilməsinin vacibliyini vurğulayıb. Təlimdə innovasiyalar kafedrasının müdiri dosent Aytən Bayramova növbəti tədbirin yaxın günlərdə ADU-nun magistratura şöbəsinin tələbələri üçün keçiriləcəyini qeyd edib.

Tədbir interaktiv şəkildə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti