...

Bakıda Formula 1 yarışları zamanı radiotezliklərin qorunması gücləndirilib

Cəmiyyət Materials 26 Aprel 2018 09:05 (UTC +04:00)
Bakıda qarşıdan gələn Formula 1 Azərbaycan Qaran Prisi yarışları ilə əlaqədar radiotezliklərin qorunması gücləndirilib.
Bakıda Formula 1 yarışları zamanı radiotezliklərin qorunması gücləndirilib

Bakı. Hüseyn Vəliyev - Trend:

Bakıda qarşıdan gələn Formula 1 Azərbaycan Qaran Prisi yarışları ilə əlaqədar radiotezliklərin qorunması gücləndirilib. Bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.

Bildirilib ki, yarışların keçəcəyi yerlərdə radiomonitorinq şöbəsi tərəfindən radioelektrik avadanlıqların və onların parametrlərinin yoxlanılması keçirilir.

Mənbə qeyd edib ki, tezliklərə təsir göstərən və problemlər yaradan simsiz qurğulardır. Bu səbəbdən yarışlar zamanı bütün istifadə olunan avadanlıqlar dəqiq yoxlanılacaq.

Bildirilib ki, yarışlar vaxtı həmçinin mobil xidmətlərin də qüsursuz fəaliyyəti təmin olunacaq.

Azərbaycan Qran-Prisi 2018-ci il aprelin 27-dən 29-dək keçiriləcək. Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti