...

Azərbaycan və Qazaxıstan bitki ehtiyatları sahəsində birgə tədqiqatlar aparacaq

Cəmiyyət Materials 26 Aprel 2018 15:50 (UTC +04:00)
Qazaxıstanın Manqışlaq Eksperimental (MEB) Botanika Bağı ilə AMEA Mərkəzi Nəbatat Bağı arasında qarşılıqlı əməkdaşlıq üzrə Razılaşma memorandumu imzalanıb.
Azərbaycan və Qazaxıstan bitki ehtiyatları sahəsində birgə tədqiqatlar aparacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Qazaxıstanın Manqışlaq Eksperimental (MEB) Botanika Bağı ilə AMEA Mərkəzi Nəbatat Bağı arasında qarşılıqlı əməkdaşlıq üzrə Razılaşma memorandumu imzalanıb.

Mərkəzi Nəbatat Bağından Trend-ə verilən məlumata görə, sənəd Qazaxıstanın Manqışlaq Eksperimental (MEB) Botanika Bağının nümayəndə heyətinin Mərkəzi Nəbatat Bağında keçirdiyi görüş zamanı imzalanıb.

Razılaşma memorandumunu Qazaxıstanın Manqışlaq Eksperimental Botanika Bağının direktoru biologiya üzrə fəlsəfə doktoru Akjunis İmanbayeva və Nəbatat Bağının direktoru, biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev imzalayıb.

Razılaşmaya əsasən, tərəflər arasında bitki ehtiyatları, bağçılıq və reproduksiyası sahəsində birgə tədqiqatlar, kadr və təcrübə mübadiləsi, müştərək layihələrin və ekspedisiyaların təşkili, toxum və herbari materiallarının mübadiləsi aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti