...

Belçika səfiri Bakı Dövlət Universitetində olub (FOTO)

Cəmiyyət Materials 4 May 2018 20:20 (UTC +04:00)
Belçikanın ölkəmizdəki səfiri Bert Skufs Bakı Dövlət Universitetində (BDU) olub.
Belçika səfiri Bakı Dövlət Universitetində olub (FOTO)

Bakı. Trend:

Belçikanın ölkəmizdəki səfiri Bert Skufs Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-dan Trend-ə verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmov qonağı universitetdə görməkdən məmnunluğunu ifadə edərək ölkəmizdə elm-təhsil sahəsində həyata keçirilən layihələrdən, BDU-nun dünyanın ali təhsil müəssisələrinin nüfuzlu reytinq cədvəllərində ön sırada yer almasından, həmçinin universitetlər arasında beynəlxalq əlaqələrin möhkəmlənməsindən bəhs edib. Prezident İlham Əliyevin BDU-nun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladığını bildirən rektor, yubileyin yalnız Azərbaycanda deyil, UNESCO-nun dəstəyi ilə Parisdə, Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyası, Avrasiya Universitetlər Assosiasiyası və bir sıra digər təşkilatlar tərəfindən qeyd ediləcəyini diqqətə çatdırıb. A.Məhərrəmov Azərbaycan-Belçika ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini, təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb.

Səfir B.Skufs öz növbəsində təmsil etdiyi ölkənin universitetləri barədə məlumat verib, BDU ilə elm-təhsil əlaqələrinin yaranmasında maraqlı olduğunu qeyd edib. BDU-da təhsil almaq üçün münbit şəraitin olduğunu deyən səfir burada tələbələrin həm humanitar, həm də fundamental elmlər sahəsində təhsil almaq imkanlarını yüksək dəyərləndirib. Belçika universitetləri ilə əlaqələrin qurulmasına, birgə həyata keçiriləcək layihələrə dəstək olacağını söyləyib.

Görüşdə BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə və Xarici tələblərlə iş üzrə dekan, dosent Gülheyran Rəhimova iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti