...

Hicran Hüseynova: Azərbaycan qadını tarixin bütün dövrlərində cəmiyyətin inkişafına töhfə verib

Cəmiyyət Materials 7 May 2018 17:17 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin YAP Qadınlar Şurası, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu və “İşıq” jurnalının birgə təsis etdiyi “Cümhuriyyətə işıq saçan qadınlar” adlı araşdırma-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Hicran Hüseynova: Azərbaycan qadını tarixin bütün dövrlərində cəmiyyətin inkişafına töhfə verib

Bakı. İlhamə İsabalayeva - Trend:

Beynəlxalq Muğam Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, YAP Qadınlar Şurası, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu və “İşıq” jurnalının birgə təsis etdiyi “Cümhuriyyətə işıq saçan qadınlar” adlı araşdırma-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycan qadını tarixin bütün dövrlərində fəallıq göstərərək cəmiyyətin inkişafına öz töhfəsini verib:

"Ailədə və cəmiyyətdə xüsusi yeri olan qadınların yerini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev qadınların bütün sahələrdə irəli çəkilməsini vacib bilib. Heydər Əliyev deyirdi ki, qadınlar dövlətçiliyimizin, müstəqilliyimizin, gələcəyimizin dayağıdır”.

H.Hüseynova qeyd edib ki, ümumilli lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən da gücləndirilən siyasət nəticəsində ölkəmiz Xalq Cümhuriyyətinin layiqli varisi kimi demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir: "Bunun bariz nümunəsi olaraq ölkə başçısı İlham Əliyevin 2018-ci ilin Xalq Cümhuriyyəti ili elan etməsini göstərmək olar. Bu il Xalq Cümhuriyyətinin yaranması ilə yanaşı qadınlara seçmək və seçilmək hüququ verilməsinin 100 illiyi də qeyd olunur".

Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, Azərbaycan qadınları heç vaxt bügünkü qədər böyük nailiyyətlər, böyük uğurlar əldə etməyib.

O, müasir Azərbaycan cəmiyyətində qadınların rolunu və “Cümhuriyyətə işıq saçan qadınlar” adlı araşdırma-yazı müsabiqəsinin təşkilini yüksək qiymətləndirib.

YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva, millət vəkili Hadı Rəcəbli, Milli Televiziya və Radio Şurasının sədr müavini, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, millət vəkili Aqiyə Naxçıvanlı, professor Cahangir Məmmədli və başqaları Azərbaycan dövlətinin prioritet istiqamətə çevirdiyi qadın siyasətindən danışıb, Azərbaycan qadınlarının keçdiyi tarixi yola nəzər salaraq, onların fədakarlıqlarını yüksək qiymətləndiriblər.

Tədbirdə qeyd olunub ki, müsabiqəyə təqdim olunan 100-ə yaxın məqalə münsiflər heyəti tərəfindən obyektiv şəkildə qiymətləndirilib.

Tədbirdə Heydər Əliyevin xatirəsinə həsr olunan “Heydər Əliyev və dövlət qadın siyasəti” adlı film nümayiş olunub.

Daha sonra müsabiqə qaliblərinin adları açıqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti