...

Artıq bütün müəllimlər eyni vaxtda müsabiqədə iştirak edəcəklər

Cəmiyyət Materials 12 May 2018 09:07 (UTC +04:00)
Müəllimlərin yerdəyişməsi ilə bağlı edilən qaydalara əsasən, bu ildən eyni rayon, şəhər, eləcə də bir rayon, şəhərdən digər rayon, şəhərə yerdəyişmə müsabiqəsi vahid çərçivədə, yəni mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək.
Artıq bütün müəllimlər eyni vaxtda müsabiqədə iştirak edəcəklər

Bakı. İlhamə İsabalayeva - Trend:

Müəllimlərin yerdəyişməsi ilə bağlı qaydalarda edilən dəyişikliklərə əsasən, bu ildən eyni rayon, şəhər, eləcə də bir rayon, şəhərdən digər rayon, şəhərə yerdəyişmə müsabiqəsi vahid çərçivədə, yəni mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək.

Trend-in məlumatına görə, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə bildirib.

M.Camalzadə deyib ki, bu il qaydalarda edilən dəyişikliyə əsasən, artıq müəllimlərin iş yerinin eyni rayon, şəhər daxilində dəyişdirilməsi, yaxud bir rayon, şəhərdən digər rayon, şəhərə dəyişdirilməsi müsabiqəsi vahid çərçivədə həyata keçiriləcək.

M.Camalzadə bildirib ki, müəllimlərin yerdəyişməsi müsabiqəsi üzrə sənəd qəbuluna iyunun 1-də başlamaq nəzərdə tutulur.

Onun sözlərinə görə, artıq iyunun 1-də başlayacaq sənəd qəbulu zamanı iş yerini həm rayon, şəhər daxilində dəyişmək, həm də bir rayon, şəhərdən digər rayon, şəhərə dəyişmək istəyən müəllimlər müraciət edə biləcəklər:

“Əvvəllər müəllimlərin eyni rayon, şəhər daxilində yerdəyişməsi yerli təhsil idarəetmə orqanları tərəfindən aparılırdı. Ötən il bu format bir qədər dəyişdirildi və rayon, şəhər daxilində iş yerini dəyişmək istəyənlər də Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqədə iştirak etməli oldular. Bu ildən isə bu prosedurlar vahid formada həyata keçiriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti