...

Mağazaların girişində spirt və tütünün yetkinlik yaşına çatmayanlara satışının qadağan edilməsinə dair elan yerləşdiriləcək

Cəmiyyət Materials 18 May 2018 01:30 (UTC +04:00)
Nazirlər Kabineti “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edib
Mağazaların girişində spirt və tütünün yetkinlik yaşına çatmayanlara satışının qadağan edilməsinə dair elan yerləşdiriləcək

Bakı. Trend:

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na aşağıdakı məzmunda 3.3-2-ci bənd əlavə edilir:

“3.3-2. Etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və ya tütün məmulatlarının satışını həyata keçirən ticarət (xidmət) obyektlərinin giriş hissəsində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasının qadağan edildiyini əks etdirən elan yerləşdirilməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti