Bakı. Samir Əli - Trend:
Bakı Metropoliteninin "Bakmil" stansiyasında təmir işləri aparılsa da, stansiya sərnişinlərin üzünə açıq olacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov deyib.
Qurum rəsmisi bildirib ki, stansiyada təmir işləri mərhələli şəkildə aparılacaq:
"Biz çalışacağıq ki, stansiya təmir zamanı bağlanmasın. Çünki metronun əsas vəzifəsi sərnişin daşımaq, onların təhlükəsiz daşınmasını təmin etməkdir. Buna görə də stansiyanın təmirinin sərnişinlərə mane olmamasına çalışırıq".