...

Mədəniyyət nazirinin müavinləri təyin olundu - KİM?

Cəmiyyət Materials 27 İyun 2018 17:15 (UTC +04:00)
Prezident mədəniyyət nazirinin müavinlərinin və nazirlik yanında Dövlət Xidmətinin rəisinin təyin olunması haqqında sərəncamlar imzalayıb.
Mədəniyyət nazirinin müavinləri təyin olundu - KİM?

Bakı. İlhamə İsabalayeva - Trend:

Prezident İlham Əliyev mədəniyyət nazirinin müavinlərinin və nazirlik yanında Dövlət Xidmətinin rəisinin təyin olunması haqqında sərəncamlar imzalayıb.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 27-də Rafiq Yasin oğlu Bayramovun mədəniyyət nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Sevda Yusuf qızı Məmmədəliyeva da mədəniyyət nazirinin müavini təyin edilib.

Prezident İlham Əliyev iyunun 27-də həmçinin Zakir İmran oğlu Sultanovun Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti