...

Nazir müavini: Bu il məhkəmə qərarından nəticə çıxarmayan 220 şəxs barəsində cinayət işi açılıb (FOTO)

Cəmiyyət Materials 20 İyul 2018 19:24 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Əhalinin məhkəmələrə inamının təzahürü olaraq son illər baxılan işlərin sayının çoxalması ilə icra xidmətində də iş həcmi xeyli artıb.

Trend-in məlumatına görə, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov icra və probasiya xidmətlərinin bütün yerli qurumlarının rəhbərlərinin iştirakı ilə 2018-ci ilin birinci yarımilində məhkəmə qərarlarının, o cümlədən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirədə deyib.

Onun sözlərinə görə, 2018-ci ildə icrası təmin edilən işlərin sayı 320 minə yaxın təşkil edib, fiziki, hüquqi şəxslərə və dövlət büdcəsinə, o cümlədən vergi borcları ilə bağlı 190 milyon manata yaxın vəsait ödətdirilib. İcra sənədlərinin icrasından qərəzli boyun qaçıran, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 2 392 nəfər inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 1 489 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, inzibati məsuliyyətə cəlb olunmaya dair məhkəmə qərarından nəticə çıxarmayan 220 şəxs barəsində cinayət işi başlanılıb.

Həmçinin, 8 min borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, 2 100-ə yaxın şəxsin məhdudiyyəti isə məhkəmə qərarını icra etdiklərinə görə götürülüb.

İcra işinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər, o cümlədən təsirli icra mexanizmlərinin tətbiqi nəticəsində icra işləri ilə bağlı şikayət edən vətəndaşların sayı 2 dəfə, bilavasitə qəbula gələn şəxslərin sayı isə 21 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti