...

Şənbə və bazar günləri gecə saatlarında 2 ərazidə hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏ

Cəmiyyət Materials 5 Oktyabr 2018 10:21 (UTC +04:00)
Şənbə və bazar günləri gecə saatlarında 2 ərazidə hərəkət məhdudlaşdırılacaq
Şənbə və bazar günləri gecə saatlarında 2 ərazidə hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏ

Bakı. Elçin Mehdiyev - Trend:

Şənbə və bazar günləri gecə saatlarında 2 ərazidə hərəkət məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq 6 oktyabr saat 23:00-dan 7 oktyabr səhər saat 06:00-a qədər (7 saat) Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində, növbəti gün, yəni 7 oktyabr saat 23:00-dan 8 oktyabr səhər saat 06:00-a qədər (7 saat) isə Heydər Əliyev prospektinin Böyük Şor yol qovşağından şəhər istiqamətində köməkçi yolun Bağırov körpüsünün altından keçən hissəsində hərəkət məhdudlaşdırılacaq.

Agentlik vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə, öncədən üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti