...

Azərbaycanda bir sıra ali və apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edildi

Cəmiyyət Materials 2 Noyabr 2018 12:23 (UTC +04:00)
Azərbaycanda bir sıra ali və apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib.
Azərbaycanda bir sıra ali və apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edildi

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda bir sıra ali və apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Belə ki, Azərbaycan Ali Məhkəməsinə 1, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə 3, Bakı Apellyasiya Məhkəməsinə 12, Sumqayıt Apellyasiya Məhkəməsinə 4, Gəncə Apellyasiya Məhkəməsinə 3, Şirvan Apellyasiya Məhkəməsinə 5 və Şəki Apellyasiya Məhkəməsinə 4 hakimin təyin edilməsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra yeni hakimlərin təyin edilməsi təsdiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti