Bakı. Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Neft Emalı Zavodundan havaya atılmalar ilə bağlı daxil olan məlumat əsasında Nazirliyin əməkdaşları tərəfindən yerində monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb və araşdırma aparılıb.
ETSN-dən Trend-ə verilən məlumata görə, araşdırma zamanı Neft Emalı Zavodunun 3 saylı istehsalat sahəsinin 31 nömrəli Katalitik Riforminq qurğusunun sobasında texnoloji prosesin pozulması nəticəsində atmosferə atılmalar qeydə alınıb.
Götürülmüş nümunələr üzərində laborator analizlər aparılır, sabah nəticələr məlum olduqdan sonra müvafiq qərar veriləcək.