...

Pakistanlı tibb işçiləri Azərbaycanda təcrübə keçəcək

Cəmiyyət Materials 20 Noyabr 2018 09:56 (UTC +04:00)
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının səhiyyə xidmətləri, tənzimləmə və koordinasiya üzrə federal naziri Əmir Mehmud Kiyani ilə görüşüb.
Pakistanlı tibb işçiləri Azərbaycanda təcrübə keçəcək

Bakı. Trend:

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının səhiyyə xidmətləri, tənzimləmə və koordinasiya üzrə federal naziri Əmir Mehmud Kiyani ilə görüşüb.

Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanın səhiyyə sahəsində apardığı islahatlardan, əldə olunan nailiyyətlərdən, ölkəmizin səhiyyə turizminə dair potensialından, Azərbaycanda tibb sahəsində təhsil alan pakistanlı tələbələrə yaradılan səmərəli mühitdən, Heydər Əliyev Fondunun Pakistanda səhiyyə sahəsində həyata keçirdiyi xeyriyyə layihələrindən söhbət açılıb və əməkdaşlıq imkanları müzakirə edilib, hər iki ölkənin bir birinə daim göstərdiyi dəstəkdən məmnunluq ifadə olunub.

Pakistanın səhiyyə xidmətləri, tənzimləmə və koordinasiya üzrə federal naziri Əmir Mehmud Kiyani Pakistanın Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığa hazır olduğunu, Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlığa dair müqavilə-hüquq bazasının yaradılması, pakistanlı tibb işçilərinin Azərbaycanda təcrübə keçməsi, Pakistanın istehsal etdiyi dərman vasitələri, cərrahi alətlər və avadanlıqların tibbi klinikalara tanıtdırılması, müxtəlif konfrans, seminarlarda iştirak, səhiyyə turizmi və bir çox digər sahələr üzrə əməkdaşlığın nəzərdən keçirilə biləcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti