...

Novxanıda qeyri-qanuni dini fəaliyyət aşkarlanıb

Cəmiyyət Materials 23 Noyabr 2018 17:13 (UTC +04:00)
Faktla bağlı inzibati qaydada protokol tərtib edilərək məhkəməyə göndərilib.
Novxanıda qeyri-qanuni dini fəaliyyət aşkarlanıb

Bakı. Samir Əli - Trend:

Novxanıda qeyri-qanuni dini fəaliyyət aşkarlanıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt Şəhər İdarəsi, Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi tərəfindən Sumqayıt şəhəri Novxanı qəsəbəsi bağlar massivi, Çinarlı küçəsi 1886 ünvanında yerləşən Azərbaycan vətəndaşı Hüseynov Elçin Sovet oğluna məxsus bağ sahəsinə baxış keçirilib.

Nəticədə qeyri-qanuni dini fəaliyyət aşkarlanıb, faktla bağlı inzibati qaydada protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti