Bakı. Trend:
Noyabrın 24-də Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən Matadrom yaşayış massivində Bakı Şəhəri İcra Hakimiyyətinin təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyəti,Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Ekologiya və Təbii Sərvətlər nazirliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Trend-in məlumatına görə, tədbirdə RİH başçısı Elxan Allahverdiyev, RİH başçısının müavinləri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Aparatın məsul şəxsləri, YAP Binəqədi rayon təşkilatının fəal gəncləri,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlar, Azərbaycan Bariatrik və Metobolik Cərrahlar Assosasiyasının üzvləri,Binəqədi rayon bələdiyyələrinin, MKTB-nin, Rayon Yaşıllaşdırma idarəsinin əməkdaşları, iştirak edilər. 350-dən çox insanın iştirak etdiyi aksiyada Bakı Şəhər İcra Hakimiyyətinin tövsiyyəsinə əsasən Abşeron yarımadasının iqlim şəraitinə uyğun olaraq 650-dən çox şam, küknar, badam, zeytun, tut ağacları əkilib.
Aksiya zamanı milli ruhda musiqi nümunələri səsləndirilmiş, çay süfrəsi təşkil edilib.
Qeyd edək ki, ümumrayon iməcliyi çərçivəsində rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların ərazilərində, o cümlədən, təhsil və səhiyyə müəssisələrində iməcliklər keçirilmiş və yaşıllıq zolaqları salınıb.