...

Ceyhun Bayramov: Xaricdə elmi fəaliyyətlə məşğul olan çoxsaylı Azərbaycan alimləri var

Cəmiyyət Materials 5 Dekabr 2018 14:32 (UTC +04:00)
Ötən illər ərzində Azərbaycan alimlərinin impakt faktorlu xarici jurnallarda dərc etdirdiyi məqalələrin sayı artıb. Ancaq hesab edirik ki, növbəti illərdə biz yalnız kəmiyyətə deyil, keyfiyyət göstəricilərinə də diqqət yetirməliyik.
Ceyhun Bayramov: Xaricdə elmi fəaliyyətlə məşğul olan çoxsaylı Azərbaycan alimləri var

Bakı. İlhamə İsabalayeva – Trend:

Ötən illər ərzində Azərbaycan alimlərinin impakt faktorlu xarici jurnallarda dərc etdirdiyi məqalələrin sayı artıb. Ancaq hesab edirik ki, növbəti illərdə biz yalnız kəmiyyətə deyil, keyfiyyət göstəricilərinə də diqqət yetirməliyik.

Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, dərc edilən məqalələrin sayı deyil, onlara istinad edilən indekslərin təhlili, Azərbaycan alimlərinin xarici ölkələrin alimləri ilə birgə fəaliyyətinin nəticələrinin əldə edilməsi vacibdir.

Nazir qeyd edib ki, dünya səviyyəsində elmi fəaliyyətin real iqtisadıyyatın tələblərinə uyğun olaraq həyata keçirilməsi təhsil müəssisələrini innovasiya istehsalçıları və ixracatçılarına çevirib. İnnovasiyaların səmərəli istifadəsi, yüksək səviyyəli mütəxəssislərin hazırlanması təkmilləşdirilməni zəruri edir:

"Belə olduğu təqdirdə hesab edirik ki, elm, təhsil, innovasiyalar arasında səbəb-nəticə bağlantısı müasir universitetlərin əsas missiyası olmalıdır".

C.Bayramov əlavə edib ki, xarici ölkələrin təhsil müəssiələrində elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan çoxsaylı Azərbaycan alimləri var.

Nazir hesab edir ki, onlarla birgə əməkdaşlığın olması da çox faydalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti