...

Bakıda parkur gimnastika növü üzrə təqdimat xarakterli kurslar keçirilib (FOTO)

Cəmiyyət Materials 9 Dekabr 2018 10:14 (UTC +04:00)
FIG-nin Bakıda keçirilən Konqresində (2-3 dekabr) qəbul edilən qərara əsasən, Parkur rəsmi olaraq gimnastika proqramına daxil edilib
Bakıda parkur gimnastika növü üzrə təqdimat xarakterli kurslar keçirilib (FOTO)

Bakı. Trend:

FIG-nin Bakıda keçirilən Konqresində (2-3 dekabr) qəbul edilən qərara əsasən, Parkur rəsmi olaraq gimnastika proqramına daxil edilib.

Trend-in AGF-ya istinadən verdiyi məlumata görə, elə bu fürsətdən yararlanaraq, paytaxtımızda bu idman növü ilə yaxından tanış olmaq üçün təqdimat xarakterli kurslar təşkil olunub və kurslarda 12 ölkənin, eləcə də Azərbaycan nümayəndələri iştirak ediblər.

Seminarın təqdimatçısı isə bu idman növünün yaradıcılarından sayılan, “Yamakasi” filimində rol almış Şarl Perye olub. Təmsil etdiyi idman növünün FIG-nin proqramına daxil edilməsi sevincini yerli jurnalistlərimizlə bölüşən Perye öz müsahibəsində bu idman növünün gələcək inkişafından danışıb: “Parkurun rəsmi olaraq FIG-yə daxil edilməsi onun inkişafına müsbət təsir göstərəcək. Biz bütün dünyaya göstərmək istəyirik ki, parkur necə maraqlı idman növüdür. Əlbəttə qarşıda görməli olduğumuz çox işlər var. Ən əsası bu növ üzrə yarışların sayının artırılmasıdır. Artıq parkur böyük idmanın bir hissəsinə, Bakı isə bizim üçün əsl sürpriz şəhərə çevrildi”.

Sözügedən kurslar nəzəriyyə və təcrübi hissələrdən ibarət olub və iki gün davam edib.

Qeyd edək ki, parkur üzrə ilk dünya çempionatının 2020-ci il may – iyun aylarında təşkil edilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti