...

Azərbaycanda süd məhsullarının saxtalaşdırması ilə mübarizə gücləndiriləcək

Cəmiyyət Materials 25 Yanvar 2019 16:13 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi Azərbaycanda süd məhsulları bazarında saxtalaşdırma problemi ilə ciddi məşğul olmaq niyyətindədir
Azərbaycanda süd məhsullarının saxtalaşdırması ilə mübarizə gücləndiriləcək

Bakı. Hüseyn Vəliyev - Trend:

Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi Azərbaycanda süd məhsulları bazarında saxtalaşdırma problemi ilə ciddi məşğul olmaq niyyətindədir.

Bunu Trend-ə Süd və Süd Məhsulları istehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Samir Eyyubov deyib.

S.Eyyubovun sözlərinə görə, hazırda qurumlar bu istiqamətdə fəal iş aparır və əsas məqsəd məsələni qaydasına salmaqdır.

Assosiasiya sədri qeyd edib ki, bu problem qlobal miqyas alır və iri və orta müəssisələrə normal inkişaf yoluna çıxmağa imkan vermir:

“Saxtalaşdırılmış məhsul demək olar ki, bütün kateqoriyalarda və geniş assortimentdə təmsil olunur. Bu məhsullar həm ticarət nöqtələrində, həm də küçələrdə satılır, bu amillə mübarizə aparmaq lazımdır. Əminliklə deyə bilərəm ki, ticarət obyektlərində satılan süd məhsullarının 50 faizi bu və ya digər formada saxtadır. Bu göstərici küçə ticarətində bir qədər də çoxdur – 70 faiz. Saxta məhsulun əsasında palma yağı dayanır. Yəni, təzə südün təbii yağı alınır və ayrı şəkildə daha baha qiymətə satılır, onun əvəzinə südə bitki yağı, əksər hallarda palma yağı əlavə olunur. Bu şəkildə də məhsul satışa çıxarılır”.

S.Eyyubov əlavə edib ki, saxta məhsullarla mübarizə üçün ilk növbədə keyfiyyətə nəzarəti gücləndirmək və məhsulun markalanması məsələsini qaldırmaq lazımdır ki, məhsul barədə informasiya tərkibi ilə uyğun olsun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti