...

Qax mineral suları qonşu ölkələrə ixrac oluna bilər

Cəmiyyət Materials 3 Avqust 2019 08:00 (UTC +04:00)
“Qax Mineral Su” MMC mineral sular istehsalçısı öz məhsulunun Rusiyaya ixracı imkanlarını nəzərdən keçirir
Qax mineral suları qonşu ölkələrə ixrac oluna bilər

Bakı. Mətanət Nəsibova - Trend:

"Qax Mineral Su" MMC mineral sular istehsalçısı öz məhsulunun Rusiyaya ixrac imkanlarını nəzərdən keçirir.

Bunu Trend-ə şirkətin direktoru Camal Muxtarov deyib.

C.Muxtarovun sözlərinə görə, "Qax Mineral Su - İlham" şirkətinin istehsalı olan mineral sular ölkə daxilində - Bakıda və digər 22 regionda satılır:

"Bizim istehsalımız daxili tələbi ödəyir və müəssisənin potensialını nəzərə alaraq biz xaricə su ixrac edə bilərik. İlk mərhələdə biz Rusiyaya məhsul ixrac etməyi planlaşdırırıq, potensial bazar qismində isə Türkiyə bazarını nəzərdə keçiririk. Hazırda xarici tərəfdaşlarımızla danışıqlar aparırıq. Əvvəllər şirkətdə müəyyən maliyyə problemləri mövcud idi, onlar qismən həll olunub. Hesab edirik ki, bu ölkələrə məhsul ixracını ilin sonunadək təşkil edə biləcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti