...

Millət vəkillərinin iştirakı ilə UNEC-də növbəti “Açıq Qapı” (FOTO)

Cəmiyyət Materials 1 Fevral 2019 18:23 (UTC +04:00)
Millət vəkillərinin iştirakı ilə UNEC-də növbəti “Açıq Qapı”: əksər məsələlər yerində həll olundu
Millət vəkillərinin iştirakı ilə UNEC-də növbəti “Açıq Qapı” (FOTO)

Bakı. Trend:

Bu gün UNEC-də rektor, professor Ədalət Muradovun, millət vəkilləri Qənirə Paşayeva və Hikmət Babaoğlunun, İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə növbəti “Açıq Qapı” günü keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbirin məqsədi şəffaflığın daha da artırılması, sıravi vətəndaşların, həmçinin, tələbələrin müraciətlərinin dinlənilməsi, araşdırılması və qanunvericiliyin tələbləri çərçivəsində həll edilməsidir.

Şəffaflığın və obyektivliyin daha da yüksək səviyyədə təmin edilməsi məqsədi “Açıq Qapı” zamanı tələbələrlə yanaşı, hər bir vətəndaş üçün qapılarını açan UNEC-ə ictimaiyyət nümayəndələri dəvət edilir, rektor, professor Ə.Muradov ilə birgə müraciətləri dinləyir, fikir və rəylərini bildirirlər.

Bu gün “Açıq Qapı”da millət vəkili Qənirə Paşayeva, İctimai Nəzarət Şurasının üzvləri millət vəkili Hikmət Babaoğlu, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva və tələbə rektor Elmir Sadıqov iştirak ediblər.

Müraciətlər UNEC-də işə qəbul, imtahan yekunları, təhsil haqqı, diplomun alınması kimi məsələlər ilə bağlı olub.

UNEC rəhbərliyi, millət vəkili Q.Paşayeva, İctimai Nəzarət Şurasının üzvləri hər bir müraciəti diqqətlə dinləyib, əksər məsələlər yerindəcə müsbət həll edilib, müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.

Qəbulun yekunlarını qiymətləndirərkən millət vəkili Q.Paşayeva tədbirdən məmnun qaldığını, tələbələrin öz problemləri barədə çəkinmədən rektora danışdıqlarını bildirdi. Q.Paşayeva qeyd edib ki, rektor insanları diqqətlə dinləyir, tələbə xeyrinə məsələni həll etməyə çalışır.

Tədbir zamanı qeyd edilib ki, UNEC-də hər bir tələbə müraciəti dinlənilir, operativ sürətdə araşdırılır, mövcud qanunvericilik çərçivəsində zəruri addımlar atılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti