...

Meşə idarəetmə sistemi müasirləşdiriləcək

Cəmiyyət Materials 22 Fevral 2019 15:46 (UTC +04:00)
Azərbaycanda meşə idarəetmə sisteminin, milli meşə siyasətinin müasirləşdirilməsi nəzərdə tutulur.
Meşə idarəetmə sistemi müasirləşdiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda meşə idarəetmə sisteminin, milli meşə siyasətinin müasirləşdirilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov deyib.

S.Salmanovun sözlərinə görə, yeni hazırlanan Milli Meşə Proqramının (MMP) məqsədlərinin və strateji prioritetlərinin hazırlanması zamanı meşələrin dayanıqlı istifadəsi üzrə dünyada tətbiq olunan doqquz meyar əsas götürülüb.

Sektor müdiri qeyd edib ki, Milli Meşə Proqramı 2020-2030-cu illəri əhatə edən 10 illik müddət üçün nəzərdə tutulur. Proqram hər biri 5 il olmaqla, 2 mərhələdə həyata keçiriləcək.

S.Salmanov əlavə edib ki, Milli Meşə Proqramının icrası nəticəsində meşələrin idarə edilməsi üzrə müvafiq institusional potensialın və mexanizmlərin yaradılmasına yardım etmək, ölkəmizin meşələrinin qorunması və dayanıqlı idarə edilməsi məqsədilə strategiyalar işləyib hazırlanmasını və onların təkmilləşdirilməsini təmin etmək nəzərdə tutulur.

Eyni zamanda meşə ehtiyatlarının bərpasını və onlardan funksional istifadənin idarə edilməsini möhkəmləndirmək, həmçinin meşə resurslarından asılı olan kənd əhalisinin yaşayış səviyyəsini yüksəltmək, meşəçilik fəaliyyətlərinə milli və beynəlxalq maliyyə dəstəyinin artırılmasına töhfə vermək kimi məqsədlərə nail olmaq da proqrama daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti