...

Sumqayıtda daha 120 məcburi köçkün ailəsi yeni mənzilə köçəcək

Cəmiyyət Materials 26 Fevral 2019 17:44 (UTC +04:00)
Fevralın 27-də Sumqayıtda bir qrup məcburi köçkün ailəsinin yeni mənzillə təmin olunması ilə bağlı püşkatma məraisimi keçiriləcək.
Sumqayıtda daha 120 məcburi köçkün ailəsi yeni mənzilə köçəcək

Bakı. Samir Əli - Trend:

Fevralın 27-də Sumqayıtda bir qrup məcburi köçkün ailəsinin yeni mənzillə təmin olunması ilə bağlı püşkatma mərasimi keçiriləcək.

Bu barədə Trend-ə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, püşkatma mərasimində 120 məcburi köçkün ailəsi iştirak edəcək. Püşkatmada iştirak edən ailələrə mənzillər Sumqayıt şəhərində inşa edilən yeni kompleksdən veriləcək.

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbər şəxsləri və Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavinləri iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti