Deputat ordenlə təltif olunub (FOTO)

Cəmiyyət Xəbər 28 Fevral 2019 16:06 (UTC +04:00)

Bakı. Trend:

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev millət vəkili MDB Parlamentlərarası Assambleyasının “Mədəniyyət, İnformasiya, Turizm və İdman üzrə” daimi komissiyasının üzvü Rauf Əliyevə Assambleyanın “Birlik” Ordenini təqdim edib.

Trend-in məlumatına görə, R.Əliyev bu ordenlə MDB Parlamentlərarası Assambleyası Şurasının qərarı ilə MDB məkanında əməkdaşlığın inkişafına verdiyi töhvəyə görə təltif olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti