...

ADU ilə Rumıniya ali məktəbləri arasında əməkdaşlıq müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 2 Mart 2019 16:53 (UTC +04:00)
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku ilə görüşüb.
ADU ilə Rumıniya ali məktəbləri arasında əməkdaşlıq müzakirə olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku ilə görüşüb.

Universitetdən Trend-ə verilən məlumata görə, qonağı salamlayan rektor öncəki görüşlərdə haqqında danışılan, razılaşdırılan məsələlərin öz həllini tapmasından şad olduğunu deyib. ADU-da rumın dilinin böyük müvəffəqiyyətlə öyrənildiyini deyən rektor bu istiqamətdə 10-dan çox tələbənin təhsil aldığını bildirib.

K.Abdulla universitetdə çalışan rumıniyalı müəllimin fəaliyyətindən razılığını bildirib. ADU-da Rumın dili və mədəniyyəti mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən rektor yaxın gələcəkdə Rumıniyada Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılacağına ümid etdiyini bildirib.

Səfir D.İanku ADU-da olmaqdan məmnun olduğunu söyləyib. Əlaqələrin möhkəmlənməsində universitetin dəstəyini yüksək qiymətləndirən səfir bunun vacib amil olduğunu diqqətə çatdırıb. O, qarşılıqlı münasibətlərin inkişafı prosesində uğurlu nəticələr əldə olunduğunu deyib.

Daha sonra qarşılıqlı əməkdaşlıq, tələbə və müəllimlərin təkmilləşməsi istiqamətində aparılacaq işlər və gələcək perspektivlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti