Bakı. İlhamə İsabalayeva – Trend:
Azərbaycanda "Azərbaycan dili" və "Riyaziyyat" fənləri üzrə hazırlanmış ehtiyat dərsliklər ölkənin seçilmiş 96 məktəbinin 122 sinfində pilot olaraq tətbiq edilir.
Trend-in məlumatına görə, dərsliklərin yeni məzmun konsepsiyası əsasında ümumtəhsil məktəbləri üçün ehtiyat dərsliklərin hazırlanmasına başlanılıb.
2018-ci ildə etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədilə onların ana dili dərsliklərinin hazırlanması istiqamətində işlər görülüb. Bu məqsədlə dövlət ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün talış dili, ləzgi dili, saxur dili, Xınalıq dili, avar dili üzrə dərslik və müəllim üçün metodik vəsaitlər hazırlanıb.
2018-2019-cu tədris ili üzrə Gürcüstan üçün tədrisin Azərbaycan dilində aparıldığı məktəblərin I-XI sinifləri üçün 24 adda 24127 nüsxə "Azərbaycan dili", "Ədəbiyyat" dərsliyi və metodik vəsaitlər ayrılıb.