Bakı. İlhamə İsabalayeva - Trend:
Bu il Bakı, Sumqayıt, Gəncə və Abşeronla yanaşı, Mingəçevir, Şirvan, Naftalan, Yevlax və Samux rayonlarında I sinfə qəbul elektron qaydada həyata keçirələcək.
Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini İlhamə Abdullayeva deyib.
Onun sözlərinə görə, birinci sinfə sənəd qəbulu martın 13-də səhər saat 10:00-dan etibarən başlayır.
Məktəbəhazırlıq qruplarında oxumayan uşaqlar üçün isə sənəd qəbulu martın 13-dən başlayacaq.