...

Bakıda ağacəkmə aksiyaları geniş vüsət alıb

Cəmiyyət Materials 2 Aprel 2019 14:52 (UTC +04:00)
Bu gün paytaxtın Nəsimi, Binəqədi, Yasamal rayonlarında, bölgələrdə isə Gəncə və Şəkidə əhaliyə ümumilikdə 10 mindən çox ağac tingi paylanılıb.
Bakıda ağacəkmə aksiyaları geniş vüsət alıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün paytaxtın Nəsimi, Binəqədi, Yasamal rayonlarında, bölgələrdə isə Gəncə və Şəkidə əhaliyə ümumilikdə 10 mindən çox ağac tingi paylanılıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, "Bu yaz özün bir təbiət yarat" devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində təşkil olunan aksiyanın məqsədi ağac əkmək istəyən hər kəsi tinglərlə təmin etməklə onlara dəstək olmaqdır:

"İlk dəfə ağac paylama aksiyası payız ağacəkmə kampaniyası zamanı təşkil olunub və əhali tərəfindən çox sevinclə qarşılandı. Bunu nəzərə alaraq aksiyanı yenidən davam etdirməyi qərara aldıq".

ETSN rəsmisi qeyd edib ki, ümumilikdə yaz ağacəkmə kampaniyası çərçivəsində 50 000-dən çox ağac tinginin paylanması nəzərdə tutulub:

"Ağac tingləri Nazirliyin tinglik sahələrində yetişdirilir. Sevindirici haldır ki, ağacəkmə tədbirləri artıq geniş vüsət alıb və kütləviləşib. Ümid edirik ki, bu cür tədbirlər getdikcə daha kütləvi xarakter alacaq və bu ənənə yaddaşlarda həkk olunacaq".

Nazirlik ağacəkmə kampaniyasına qoşulan bütün dövlət və özəl qurumlara, ictimaiyyət nümayəndələrinə, jurnalistlərə öz minnətdarlığını bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti