...

“Hüquq elminin müasir tədqiqat istiqamətləri” mövzusunda elmi seminar olub

Cəmiyyət Materials 3 Aprel 2019 17:38 (UTC +04:00)
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda “Hüquq elminin müasir tədqiqat istiqamətləri” mövzusunda elmi seminar keçirilib.
“Hüquq elminin müasir tədqiqat istiqamətləri” mövzusunda elmi seminar olub

Bakı. Trend:

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda “Hüquq elminin müasir tədqiqat istiqamətləri” mövzusunda elmi seminar keçirilib.

İnstitutdan Trend-ə verilən məlumata görə, seminarı giriş nitqi ilə İnstitutun direktoru, Milli Məclisin deputatı, hüquq elmləri doktoru, professor Aytən Mustafazadə açaraq, son dövrlərdə əhalinin və ayrı-ayrı vətəndaşların sağlamlığının qorunması, vətəndaşların səhiyyə və tibbi fəaliyyət sahəsində hüquqlarının həyata keçirilməsi ilə bağlı münasibətlərin sürətli inkişafı, bu sahədə etik təsəvvürlərin dəyişməsi, orqan və toxumaların transplantasiyası, süni mayalanma və s. kimi bioetik məsələlərin aktullasması nəticəsində İnstitutda Tibb hüququ kursu hazırlanıb və hüquq elminə yeni töhfə verdiyini bildirib.

Həmçinin xanım natiq qeyd edib ki, müasir dövrdə tibb hüququ hüququn müstəqil sahəsi kimi formalaşıb və artıq onun öz tənzimetmə predmeti mövcuddur. Tibb hüququnun tənzimetmə predmetini vətəndaşların sağlamlığının qorunması üzrə fəaliyyətlə yanaşı, tibbi fəaliyyət və tibbi təminat fəaliyyətini təşkil etdiyini bildirib. Eyni zamanda A. Mustafazadə günümüzün aktual məsələlərindən biri olan süni intellekt məsələsinə toxunub, institutda hal-hazırda bu istiqamətdə işlər getdiyini və yaxın gələcək üçün təkliflər hazırlanıb Milli Məclisinə təqdim olunacağını vurğulayıb.

Sonra İnstitutun “Dövlət və Konstitusiya hüququ” şöbəsinin müdiri, hüquq elmləri doktoru Ayxan Rüstəmzadə “Tibb hüququnun təcrübədə tətbiqi” mövzusunda çıxış edərək hüquqi məsuliyyət probleminə, eyni zamanda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu həmçinin pasiyentlərin hüquqlarının pozulmasına görə mülkü və maddi məsuliyyət məsələlərinə də toxunub. O bildirib ki, sağlamlığın qorunması mürəkkəb və çoxcəhətli sosial-hüquqi kateqoriyadır. Ona görə də sağlamlığın qorunması sahəsində yaranan münasibətlər bir çox hüquq sahələrinin normaları ilə tənzimlənir. Təbii ki, bu hüquq sahələri içərisində konstitusiya hüququ xüsusi və əhəmiyyətli yerə malikdir.

İnstitutun “Hüquq sahələrinin müqaisəli təhlili” şöbəsinin müdiri, h.ü.f.d Zamiq Aslanov öz çıxışında tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, konstitusiya hüquq sisteminin təməlini təşkil edir:

"Hüquq sistemimizə yeni daxil olan hüquq sahəsi kimi tibbi hüquq da, ilk növbədə, konstitusiya hüquq sahəsinin sağlamlığın qorunması ilə bağlı müvafiq normalara əsaslanır. Müstəqillik illərində respublikamızda sağlamlığın qorunması hüququnun və bu sahədə fəaliyyətin konstitusion-hüquqi əsasları formalaşıb. Tibb hüququnun predmetini ilk növbədə sağlamlığının qorunması və bu hüququn həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlər təşkil etdiyindən göstərilən əsasları tibb hüququnun konstitusion əsasları kimi xarakterizə etmək olar”.

Daha sonra “Mülkü hüquq, mülkü proses və sosial-iqtisadi hüquqlar” şöbəsinin aparıcı elmi işçisi Nigar Ağakişiyeva “Palliativ yardım hüququ” mövzusunda çıxış edərək qeyd edib ki, palliativ yardım sağalmaz xəstələrə tibbi-sosial xidmətin göstərilməsi deməkdir. Bu cür yardım həm stosionar, həm də ev şəraitində göstərilə bilər. Burada xəstəyə yardım kimi kompleks briqada çalışır-həkim, tibb bacısı, sosial işçi, psixoloq və digər heyət işçiləri. Avropa ölkələrində və ABŞ-da Polliativ yardım mərkəzləri fəaliyyət göstərir. Azərbaycanda da polliativ yardıma ehtiyac duyulduğunu və bunun qanunvericilikdə öz əksini tapması məsələsinin məqsədəuyğun olduğunu bildirib.

Sonda “Cinayət hüququ və cinayət prosesi” şöbəsinin aparıcı elmi işçisi, hüquq elmlər doktoru Məhəmməd İmanlı “Pilotsuz avtonom nəqliyyat vasitələri nəqliyyat cinayətlərində fenomen kimi” mövzüsu ilə çıxış edib, pilotsuz uçan aparatların hərbi kəşfiyyat təyinatlı olmaqla kiberhücumların qarşısının alınmasında istifadə olunduğunu, həmçinin robotlar sinfinə aid olduğunu nəzərə çatdırıb. Onların insan üçün potensial təhlükəli olan missiyalarda istifadə olunması üçün nəzərdə tutulduğunu da qeyd edib. Bu dispeçersiz idarə olunan avtonom nəqliyyat vasitələrinin müsbət tərəfləri olduğu kimi mənfi yönləri olduğunu da bildirib. İdarəetmənin sıradan çıxması zamanı baş vermiş qəzalardan kimlərin məsuliyyətli tutulması məsələsi hələ də birtərəfli olaraq qalır.

Sonda müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti