Şamaxıda qədim türk tayfalarına aid küplər aşkarlanıb

Şamaxıda qədim türk tayfalarına aid küplər aşkarlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

Şamaxıda qədim türk tayfalarına aid küplər aşkarlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Trend-ə verilən məlumata görə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin rəhbərliyi ilə Şamaxı-Ağsu arxeoloji ekspedisiyası Şamaxı rayonunun Dəmirçi kəndi yaxınlığında erkən orta əsrlərə aid yaşayış yerində arxeoloji tədqiqat işləri həyata keçirib.

Ötən il burada aparılan arxeoloji tədqiqatlar zamanı çay və qaya daşlarından inşa edilmiş qala divarları aşkara çıxarılıb. Qalanın daxilində aparılan arxeoloji qazıntılar zamanı müxtəlif formalı və ölçülü saxsı şirsiz qab fraqmentləri, dəmirdən hazırlanan ox ucları, nizə başlıqları, qılınc fraqmentləri, tunc şeşpər, möhür-üzüklər, əqiq və pastadan hazırlanmış muncuqlar və s. aşkar edilib.

Əldə edilən maraqlı tapıntılardan biri tuncdan hazırlanan şeşpərdir. Şeşpərin haçalarından ikisinin döyüş zamanı qırıldığı güman olunur. Qeyd edək ki, bu tip şeşpər Azərbaycan ərazisində ilk dəfədir aşkar edilir.

Bu il tədqiqatlar qala divarının daxilində yeraltı anbarda aparılıb. Anbarda aparılan qazıntılar zamanı 7 ədəd iri küp aşkar edilib. Küplərdən ən böyüyünün hündürlüyü 1,65 metr təşkil edir. Küplər yerə basdırılıb, ağız hissəsi yastı daşla bağlanıb. Torpağın ağırlığından küplərin, demək olar ki, hamısı çatlayıb. Müəyyən edilib ki, bu küplərin ikisinin daxilində şərab, digərlərində isə taxıl məhsulları saxlanılır.

Küplərin ikisinin üzərində qədim türk tayfalarına aid damğalar həkk edilib. Damğalar küplərin boğaz hissəsinə, hazırlanma zamanı yaş gilin üzərinə barmaq vasitəsilə basılaraq həkk edilib. Çəllək formalı küpün üzəri cızma üsulu ilə dağ və dalğa formalı naxışlarla bəzədilib.

Aşkar olunan maddi-mədəniyyət nümunələri Dəmirçi Arxeoloji Muzeyinə təhvil verilib. Hazırda saxsı məmulatlar mütəxəssislər tərəfindən bərpa edilir. Damğalar üzərində aparılan tədqiqatlar onların hansı tayfalara mənsub olması məsələsinə də aydınlıq gətirəcək.

Bakıda dəmir yoluna çıxan kişini elektrovoz vurub öldürdü
Bakıda dəmir yoluna çıxan kişini elektrovoz vurub öldürdü
Qaxda 2 ton narkotik vasitə məhv edilib
Qaxda 2 ton narkotik vasitə məhv edilib
Astara sakini 1 kiloqram heroinlə ələ keçdi (FOTO/VİDEO)
Astara sakini 1 kiloqram heroinlə ələ keçdi (FOTO/VİDEO)
Loading Bars
Xəbər lenti
DSMF: Bundan sonra kişilərin pensiya yaşı artırılmayacaq
Bakıda dəmir yoluna çıxan kişini elektrovoz vurub öldürdü
ABŞ Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların həmsədrlərin himayəsi altında bərpasına çağırır - Pompeo
Özünüməşğulluq proqramı gələn il 15 min ailəni əhatə edəcək
Qaxda 2 ton narkotik vasitə məhv edilib
Gürcüstanda 193 yeni yoluxma qeydə alınıb
XİN: Düşmənin sərhəddə törətdiyi bu qanlı cinayətin bütün məsuliyyətini Ermənistanın rəhbərliyi daşıyır
Astara sakini 1 kiloqram heroinlə ələ keçdi (FOTO/VİDEO)
Nümunəvi dönərxanalarda satılacaq dönərlərin qiyməti necə olacaq? - RƏSMİ AÇIQLAMA
“Funda” tibb mərkəzində vergi nəzarəti keçirilib, materiallar məhkəməyə göndərilib
Bakıda restoranda yanğın (FOTO)
Səbail rayonunda yolların yenidən qurulmasına 1,9 milyon manat ayrılıb
Sabirabadda yeni doğulmuş körpə ölüb
Mağazadan oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Bakıda məktəbi qızıl və gümüş nişanla bitirən məzunların sayı açıqlanıb
Deputat: Azərbaycan Ermənistanın təxribat xarakterli hərəkətlərinə dözmək niyyətində deyil
Çexiyanın Səhiyyə naziri koronavirusa görə istefa verib
AQTA quşçuluq sahəsində fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq etdi
Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yayıb
Deputat: Ermənistan öz çirkin və təxribatçı əməllərindən çəkinməsə onun üçün nəticələr ağır olacaq
Sahibkarlar üçün sərfəli şərtlərlə, tamamilə onlayn biznes krediti. Növbəsiz və girovsuz! (VİDEO)
Mebel salonunda bağbanı cərəyan vurub öldürdü
Alkoqol və tütün Alzheimer xəstələri üçün risklidir
Deputat: Məscidləri dağıdan ölkə müsəlmanların dostu ola bilməz
Müdafiə Nazirliyi bəyanat yaydı: Şəhid var
MasterCard Priceless platformasında müştərilər üçün daha çox endirim!
Azərbaycanda könüllülərlə bağlı yenilik: Qanuna dəyişiklik edilir
Azərbaycanda kəskin bağırsaq infeksiyaları və suçiçəyinə yoluxma halları artıb
Deputatların könüllü komandası olacaq
Ermənistanda koronavirusdan ölənlərin sayı 936 nəfərə çatıb
Türkiyədə Azərbaycan kapitalı ilə 70-dən çox şirkət qeydiyyata alınıb
Dövlət Agentliyi “CISCO” şirkəti ilə əməkdaşlığı genişləndirir (FOTO)
Şamaxıda qanunsuz ov edənlər cərimələndi
Sabirabadda 34 yaşlı kişi qaynı tərəfindən güllələndi
“AccessBank” bankomat alışı üzrə tender elan edir
XİN: Ermənistan rəhbərliyinin məsuliyyətsiz və təhrikçi davranışı bölgədə gərginliyi alovlandırır
Tac-Mahal ziyarətçilər üçün açılıb
Deputat: Ermənistan bütün bu təxribatların və işğalın bir sonu olacağını mütləq anlamalıdır
Azərbaycan koronavirusa qarşı vaksinin gətirilməsi ilə bağlı saziş imzalayıb
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi aparılır
Müəllimlərin informasiya bacarığının artırılması üzərində işləyirik - Şöbə müdiri
Qida Təhlükəsizliyi İnformasiya Sisteminin yeni modulları istifadəyə verilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb
Prokurorluq bacısını öldürən şəxslə bağlı məlumat yaydı
Milli Məclisin Gənclər və idman komitəsi geniş hesabat verəcək
Şəkidə yeni qədim abidə aşkar edilib (FOTO)
Bakıda bacısını öldürən şəxs polisə təslim olub
Ermənistan atəşkəsi 30 dəfə pozub
Rəşad Tağıyev: Müstəqil Azərbaycanın dayanıqlı inkişafı naminə təhsil islahatları ildən-ilə dərinləşdirilir
Sahil Kərimli: Müstəqilliyi, təhlükəsizliyi və rifahı təmin edən yeni neft-qaz strategiyası
Deputatlar bu gün onlayn iclas keçirəcək
Qazaxıstanda koronavirusa daha 45 nəfər yoluxub
Çində silahlı şəxs insanlara hücum edib, yaralananlar var
İsraildə koronavirusa yoluxanların sayı 187 min nəfəri ötdü
Hindistanda yaşayış evi uçub, ölənlər var
ABŞ-da koronavirusa yoluxanların sayı 7 milyon nəfəri ötüb
Texasda təyyarə qəzaya uğrayıb, ölənlər var
İctimai nəqliyyatın hərəkəti bərpa olundu
Filippin sahillərində güclü zəlzələ olub
Kolumbiyada naməlum şəxslər 5 nəfəri qətlə yetirib
Moskvanın hava limanlarında 18 aviareys ləğv edilib və ya təxirə salınıb
Trampı zəhərləmək istəyən şəxs Kanada-ABŞ sərhədində saxlanılıb
Moskvada koronavirusdan daha 12 nəfər ölüb
Özbəkistanda koronavirusa yoluxanların sayı 51 min nəfəri ötüb
MN: Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
Braziliya telekanalında Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun acı nəticələri barədə bəhs edilib (FOTO)
SECO: İsveçrə şirkətləri Azərbaycanın qeyri-enerji sektorunun inkişafında dəyərli tərəfdaş ola bilərlər
Türkiyə 5,1 bal gücündə zəlzələ baş verib
İranda koronavirusun üçüncü dalğasının başladığı elan edilib
Bağdadın hava limanının yerləşdiyi rayon raket hücumuna məruz qalıb
Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı
İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə "Çelsi"ni məğlub etdi
Türkiyədə koronavirusdan bir gündə 1 116 nəfər sağalıb
Sentyabrın 21-i üçün teledərslərin cədvəli açıqlanıb
Gəncədə F-1 əl qumbarası aşkar edilib (FOTO)
Qırğızıstanda sutkada daha 81 nəfər koronavirusa yoluxub
Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 20.09.2020 tarixli bölüm
Neftçilər prospektində baş verən qəza tıxaca səbəb olub
Gürcüstan deputatı: Dünya bazarında Azərbaycanın qazının və neftinin çəkisi heç də az deyil
Özbəkistan Baş nazirinin müavini koronavirusdan vəfat edib
Deputat: Paşinyan danışıqlar prosesinin pozulması üçün hər şey edir
Almaniyalı virusoloq koronavirusla bağlı iddialarına cavab verib
Ermənistan yeni müharibəyə hazırlaşır - Bunun nəticəsi nə olacaq? - Rəylər
İbrahim Əhmədov: "Əsrin Müqaviləsi"nin imzalanması nəticəsində Azərbaycana böyük məbləğdə neft gəlirləri daxil olmağa başladı
Bakı şəhəri və Abşeron yarımadasında tozun miqdarı normadan artıqdır
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib (FOTO)
Vüqar Rəhimzadə: Son 26 ildə “Əsrin müqaviləsi”nin Azərbaycana qazandırdığı uğurlar bugünkü reallıqlarımızdır
Azərbaycanda son sutkada 146 nəfər COVID-19-a yoluxub, 154 nəfər sağalıb, 1 nəfər vəfat edib
Azərbaycana qarşı hər hansı bir təcavüz Türkiyəyə qarşı təcavüzdür - Türkiyə PA
Elman Nəsirov: Azərbaycan Avropanın yeni və alternativ enerji mənbəyidir
İranda sutka ərzində koronavirusa yoluxanların sayı 3 min nəfəri keçib
Pərvin Kərimzadə: Erməni vandalizmi bəşər sivilizasiyasına qarşı ciddi təhlükədr
Bakcell neftçiləri təbrik etdi
Vaxtilə ekoloji fəlakət zonası olan ərazilərin indiki halı (FOTO)
Tural Gəncəliyev: Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir
Ermənistanda 277 yeni yoluxma qeydə alınıb
Sabahın hava proqnozu açıqlanıb
Könül Nurullayeva: Yeni işğal planları quran Ermənistan öz çirkin planlarından əl çəkməsə, nəticələr daha ağır olacaq
"Əsrin müqaviləsi" Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün zəmin yaratdı - Rauf Əliyev
Bütün xəbərlər