...

Formula 1-in Bakı qalibi Valtteri Bottas: Yarış çox gərgin mübarizə şəraitində keçdi

Cəmiyyət Materials 28 Aprel 2019 18:52 (UTC +04:00)
Baxmayaraq ki, liderlər qrupunda çox hadisələr baş vermədi, yarış çox gərgin mübarizə şəraitində keçdi.
Formula 1-in Bakı qalibi Valtteri Bottas: Yarış çox gərgin mübarizə şəraitində keçdi

Bakı. Elçin Mehdiyev - Trend:

Baxmayaraq ki, liderlər qrupunda çox hadisələr baş vermədi, yarış çox gərgin mübarizə şəraitində keçdi. Trend-in məlumatına görə, bunu Formula 1 üzrə 2019 SOCAR Azərbaycan Qran Prisinin qalibi Almaniyanın “Mercedes” komandasının pilotu Valtteri Bottas yarışdan sonra keçirilən mətbuat konfransında deyib.

V.Bottas qeyd edib ki, yarış boyü səhvə yol verməməyə çalışıb: “Özümə səhv etməyə imkan verə biməzdim, hər şeyi nəzarət altında saxlayırdım”.

V.Bottas Bakıda qələbəsinin onun üçün çox əhəmiyyətli olduğunu deyib: “Birinci yeri tutduğum üçün çox xoşbəxtəm. Damalı bayrağı gördüyüm və birinci yeri tutduğum üçün çox bəxtəvərəm”.

İkinci yerin qalibi Lyuis Hemilton komanda yoldaşını təbrik edib: “Həqiqətən də yaxşı sürdü və səhvə yol vermədi. Baxmayaraq ki, mübarizə gərgin keçdi heç bir səhv olmadı. Bu, komandamın mövsümə ən yaxşı başlanğıcıdır. Bu komandada təmsil olunduğum üçün çox şadam”.

Üçüncü yerin qalibi, “Ferrari” komandasının üzvü Sebastian Fettel də mübarizənin olduqca gərgin keçdiyini diqqətə çatdırıb. S.Fettel qaliblər kürsüsündə olmağından şad olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti